!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan və Makron Rusiyaya qarşı sui-qəsd hazırlayır” – Rusiyalı politoloq

!Reklam – Yazi

“Paşinyan və Makron Rusiyaya qarşı sui-qəsd hazırlayırlar”.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı tanınmış politoloq Sergey Markov deyib.

O bildirib ki, Paşinyanın Fransaya səfərinin məqsədi Rusiyaya qarşı sui-qəsddir.

“Ermənistan baş nazirinin Fransaya səfərinin məqsədi Paşinyan və Makronun Rusiyaya qarşı sui-qəsdidir. Onlar Ermənistanı Rusiyadan qoparmaq, KTMT-dən çıxarmaq, Rusiya hərbi bazasını və Rusiya sərhədçilərini çıxarmaq Ermənistandan çıxarmaq, Fransa hərbi bazası yaratmaq, Fransa və digər NATO ölkələrinin hərbçilərini Ermənistana və ümumilikdə Cənubi Qafqaz regionuna gətirmək istəyirlər”, – Markov vurğulayıb.

O qeyd edib ki, Paşinyan bunu çoxdan bunu etmək istəyirdi. Lakin Ermənistan xalqı Rusiya Federasiyasının getməsinə qarşı olduğundan “qorxur”.

“Beləliklə, Paşinyan və Makron erməni xalqını necə aldadaraq, Rusiyaya qarşı çevirə biləcəkləri barədə gizli danışıblar”, – politoloq bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv