!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan yenə İMTİNA ETDİ: KTMT-nin Minsk sammitinə getməyəcək

!Reklam – Yazi

Paşinyan Lukaşenkoya KTMT-nin Minskdə keçiriləcək sammitində iştirak edə bilməyəcəyini bildirib.

Yenicag.az erməni mediaslna istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bəyan edib. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcək:

“Belarus tərəfinin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyan ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Ermənistanın baş naziri Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyini bildirib. KTMT Kollektiv Təhlükəsizlik Şurasının üzvüdür və ümidvar olduğunu bildirib ki, KTMT həmkarları buna anlayışla yanaşacaqlar”.

Qeyd olunur ki, Paşinyan və Lukaşenko KTMT Xüsusi Təhlükəsizlik Şurasının noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan iclasının təşkili ilə bağlı məsələləri müzakirə ediblər.

Xuraman Etibarlı

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv