!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan yerli ictimai rəydə öz nüfuzunu qorumaq üçün həmin adamlarla bağlı...” – RƏY

!Reklam – Yazi

“Zatulin də, erməni soyadlı rus təbliğatçıları da Ermənistanın Baş naziri Paşinyandan “yalnız Rusiyanın yanında olmağı” tələb edirdilər”.

Bu fikirləri Ermənistan hökumətinin Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, həmçinin Kremlin əsas təbliğatçılarından biri olan Marqarita Simonyanın ölkə ərazisinə girişini məhdudlaşdıran qərar qəbul etməsinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ermənistanın Baş naziri Paşinyan yerli ictimai rəydə öz nüfuzunu qorumaq üçün həmin şəxslərlə bağlı belə bir qərar qəbul edib:

“Bu məsələyə toxunmazdan əvvəl xatırlatmaq istərdim ki, Paşinyan hökuməti buna qədər erməni diasporunun bir sıra təmsilçilərinin də ölkəyə gəlişinə qadağa qoymuşdu. O zaman belə fikirlər səsləndirildi ki, Ermənistana girişi məhdudlaşdırılan diaspor nümayəndələri, əsasən daşnaklardır və bu addım onların nizamlama prosesinə mane olmaq cəhdlərini önləmək üçün atılıb.

Ancaq açıq ermənipərəst mövqeyi ilə tanınan rusiyalı deputat Konstantin Zatulinin, həmçinin də ər-arvad Simonyanın Ermənistana gəlişinin məhdudlaşdırılmasının səbəbləri nisbətən fərqlidir. Həm Zatulin, həm də simonyanlar üzünü qərbə doğru çevirməyə çalışan Nikol Paşinyanı çox sərt tənqid, hətta təhqir etməkdən çəkinmirlər.

Onların publik çıxışlarında, yaxud da sosial şəbəkə hesablarındakı paylaşımlarda Paşinyan “Rusiyaya xəyanət edən nankor” kimi qələmə verilir. Bu səbəbdən də Paşinyanın “Rusiyadan dəstək gözləməsinin” absurd olduğu bildirilir. Zatulin də, erməni soyadlı rus təbliğatçıları da Ermənistanın baş nazirindən “yalnız Rusiyanın yanında olmağı” tələb edirdilər.

Qeyd edim ki, Rusiya “Birinci kanal”ında yayımlanan və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərilən “Böyük oyun” verilişinin həmin buraxılışında erməni ekspertlər bu mövqeyinə görə Paşinyanı “asıb-kəsirdilər”. Görünür, Ermənistanın Baş naziri yerli ictimai rəydə öz nüfuzunu qorumaq üçün o adamlarla bağlı belə bir qərar qəbul edib”.

A.Zeynalov

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv