!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan zəng etdi, amma Kremldə onunla danışmaq istəmədilər - “Hraparak”

!Reklam – Yazi

“Paşinyan zəng etdi, amma Kremldə onunla danışmaq istəmədilər”.

Yenicag.az xəbər verir ki, bu barədə erməni qəzeti “Hraparak” məlumat yayıb. Qəzet Ermənistan hökumətinə yaxın mənbələrinə istinadən hər iki tərəfin Ermənistan-Azərbaycan sərhədinə qoşun yeritməsi ilə bağlı son gərginlik zamanı Paşinyanın Putinlə danışmamasının səbəbini açıqlayıb.

Nəşr iddia edir ki, Paşinyan Putinlə telefon danışığı etmək istəyib, lakin Kreml ona cavab verməyib. Bundan sonra o, Rusiya prezidentinə geniş məktub göndərib və bu, Putinin Şərq İqtisadi Forumunun plenar iclasındakı sözlərindən məlum olub.

“Hraparak”ın məlumatına görə, bu məktubda Nikol Paşinyan son vaxtlar Ermənistanda müşahidə olunan anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışaraq, onların Rusiyaya qarşı yönəlmədiyini bildirib. Nəşr onu da diqqətə çatdırıb ki, sentyabrın 9-dan sonra Paşinyanın Rusiya Federasiyasına qarşı ritorikası nəzərəçarpacaq dərəcədə yumşalıb.

Yada salaq ki, Paşinyan sentyabrın 9-da ABŞ dövlət katibinə, Fransa prezidentinə, Almaniya kanslerine, İran prezidentinə və Gürcüstanın baş nazirinə zəng vura bilib.

Xuraman Etibarlı

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv