!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyana əks qüvvələr hərəkətə keçdi: “Azərbaycan əsgərinin səsi gəlsə, qaçıb gizlənəcəklər”

!Reklam – Yazi

“Azərbaycan tərəfi nə müvəffəqiyyətdən baş gicəllənməsinə düşməlidir, nə də bir addım geri addım atmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qazaxın 4 kəndi ilə bağlı razılaşmadan sonra bölgədə ermənilərin mitinq keçirməsi, Paşinyanın devrilməsi üçün atılan addımlar və Azərbaycanın mövqeyini şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan prinsipiallığından geri addım atmamalıdır.

“Proses ləng getsə də, Azərbaycanın maraqlarına uyğun gedir. Biz həmişə deyirdik ki, Ermənistanı sülhə məcbur etmək lazımdır. Azərbaycan təzyiq yolunu seçdi. Paşinyan açıq gördü ki, əgər o kəndləri verməzsə, Azərbaycan ordusu kəndləri işğaldan azad edəcək. Paşinyana əks qüvvələr də hərəkətə keçib. Ermənilər orda hay-küy salıb. Azərbaycan əsgərinin səsi gəlsə, qaçıb gizlənəcəklər”, – deyə o əlavə edib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan tərəfi nə müvəffəqiyətdən baş gicəllənməsinə düşməlidir, nə də bir addım geri addım atmalıdır. “Ona görə də, ilk 4 kənd, ardınca isə digər kəndləri işğaldan azad etməliyik. Yerdə qalan kəndlərlə bağlı siyasi camiamızda anklav deyirlər. Qərbin xoşuna gəlmək üçün belə danışırlar.

Addım-addım istəyimizə doğru gedirik. Qansız qadasız torpaqlarımızı geri qaytarırıq. Bunu davam etdirməliyik”, – deyə o yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv