!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyana “küçə demokratiyası” “SÜRPRİZİ”: “Azərbaycanın əli ilə Ermənistanın yenidən cəzalandırılması...” – ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın regionda təsirini azaldacaq təşəbbüslərə verəcəyi təpkini təsəvvür etmək olar”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın “Bakı ilə daha dar çərçivədə görüşlərin keçiriləcəyi” haqda bəyanatını şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın Azərbaycan rəhbərliyi ilə vasitəçilərsiz görüş anonsunun arxasında Rusiyanı tədricən “oyundankənar” vəziyyətə salmaq niyyəti dayanır:

“Bildiyiniz kimi, Azərbaycan və Ermənistan liderlərinin istər Soçi, istərsə də Brüssel görüşü məhz vasitəçilərin təşkilatçılığı sayəsində baş tutmuşdu.

Amma Paşinyanın Brüssel görüşündən sonra Azərbaycan rəhbərliyi ilə vasitəçilər olmadan, daha dar çərçivədə görüşün keçirilməsinə dair fikri ciddi məqamdır.

Əvvəla, Paşinyan Azərbaycanla yanaşı, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılmasında ikitərəfli görüşlərin daha effektli olacağını qəbul edir.

Digər tərəfdən isə Paşinyan Azərbaycan rəhbərliyi ilə məhz vasitəçilərsiz görüş rejiminə keçməklə Rusiyanın bu prosesdən sıxışdırılması niyyətini göstərir. Burada əlbəttə ki, Qərbin də təsirini qeyd etmək lazım gəlir.

Bəli, hazırda Ermənistanda Rusiya əleyhinə bir dalğa mövcuddur. Ermənilərin bir çoxu hesab edir ki, Rusiya Azərbaycanı dəstəklədiyi üçün Moskvanın təsirini aradan qaldırmaq lazımdır.

Lakin görünən budur ki, Rusiya xüsusilə, son dövrlərdə bu prosesdə obyektiv mövqe tutmağa çalışır. Burada əlbəttə ki, onun öz maraqlarını təmin etmək, konkret deyilsə, Cənubi Qafqazda möhkəmlənmək məqsədi də rol oynayır.

O baxımdan, Rusiyanın regionda təsirini azaldacaq təşəbbüslərə verəcəyi təpkini təsəvvür etmək olar. Əgər Paşinyan Rusiyaya qarşı tövrünü davam etdirsə, o zaman Moskva da hərəkətə keçəcək.

Bu həmlə Paşinyana qarşı “küçə demokratiyası”nı gücləndirməklə Ermənistan hakimiyyətini sarsıtmaqdan tutmuş, bu ölkəni Azərbaycanın əli ilə yenidən cəzalandırmaqdan da ibarət ola bilər. Bunu zaman göstərəcək”.

A.Zeynalov

www.yenicag.az

794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv