!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyana qarşı “İSGƏNDƏR” QİYAMI”: “Putin istənilən halda onu cəzalandıracaq” - Politoloq

!Reklam – Yazi

“Paşinyan “İsgəndər” raketlərinin keyfiyyətsiz olmasına dair açıqlaması ilə Rusiyanın hərbi-sənaye kompleksinə zərbə vurdu”.

Yenicag.az-ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” raketlərinin yararsızlığı haqda fikirlərinin Rusiya ilə münasibətlərə mümkün təsirlərini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Nikol Paşinyan “İsgəndər” raketləri ilə bağlı açıqlamasının ona baha oturacağını anlayaraq, bir gün sonra həmin fikirlərinə düzəliş etməyə çalışıb:

“Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə “yol xəritəsi” hazırlanacaq və bu istiqamətdə “Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcək”.

Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq daha effektiv olacaq. Lakin Paşinyanın yeni açıqlaması çətin ki, Kremlin qəzəbini soyutsun. Əksinə, Paşinyanın yeni açıqlamasını da belə şərh etmək olar: “Ermənistanla Rusiya arasında hərbi-texniki sahədə buna qədərki əməkdaşlıq işə yaramadı, Sizdən aldığımız hərbi texnika yararsız çıxdı, bu əməkdaşlığı daha effektiv şəkildə qurmaq istəyirik”.

Bu kimi açıqlamalardan sonra Paşinyan hakimiyyətdə olduğu dönəmdə Rusiyanın Ermənistana hansı növ silah satacağı və ya peşkəş edəcəyi maraq doğurur”.

Elxan Şahinoğlu hesab edir ki, Kreml sahibi fürsət düşən kimi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq:

“Müharibədən sonra Kreml Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi. Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarına imza atıb, onları yerinə yetirməlidir. Digər tərəfdən, Moskva görür ki, Ermənistanda hələ də Paşinyana real alternativ yoxdur.

Ancaq Kreml sahibi Paşinyanın “İsgəndər” raketlərinin keyfiyyətsiz olmasıyla bağlı açıqlamasını unutmayacaq və fürsət düşən kimi Paşinyanı cəzalandırmağa çalışacaq. Gələn son xəbərlərə görə, Ermənistan ordusu daxilində Nikol Paşinyanı
devirmək istəyən qrup formalaşıb”.

Gülşən Şərif

www.yenicag.az

1818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv