!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan absurd İNTERPRETASİYA: “Onun üçtərəfli bəyanatın şərtlərinə qarşı çıxması...”

!Reklam – Yazi

“İmzalanan üçtərəfli bəyanatda Zəngəzurun Rusiya sərhədçiləri tərəfindən qorunması öz əksini tapıb”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistandakı kommunikasiya xəttlərinə Rusiyanın nəzarət etməsinin mümkünsülüyünə dair mövqeyinin Zəngəzur dəhlizi ilə bağlı vəziyyətə təsirindən danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Paşinyanın bu mövqeyi ancaq müəyyən bir mərhələyə qədər keçərli ola bilər:

“Həmin mərhələ başladıqda isə baş nazirin prosesi ləngidən yanaşmasına qarşı təzyiqlər artacaq. O halda Paşinyanın imza atdığı öhdəliklərdən yayınmağa heç bir əsası qalmayacaq. Çünki Zəngəzur dəhlizinin açılması məsələsində Rusiya, Azərbaycan, Türkiyə və Avropa siyasi iradə ortaya qoyub.

Belə olduğu halda Ermənistanın sona qədər dirəniş göstərmək ehtimalı çox azdır. Əlavə olaraq, imzalanan üçtərəfli bəyanatda Zəngəzurun Rusiya sərhədçiləri tərəfindən qorunması öz əksini tapıb.

İndi həmin bəyanata qarşı çıxmaq kifayət qədər ziddiyətli vəziyyət yaratmaq cəhdindın başqa bir şey deyil. Çünki Azərbaycan birmənalı olaraq həmin dəhlizdən keçən tranzit daşımalarının, ən əsası, vətəndaşlarının taleyini Ermənistana etibar edə bilməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv