!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan artıq erməni olmaq: “Xislətləri dəyişən deyil, xainliklərindən əl çəkməyəcəklər” – REAKSİYA

!Reklam – Yazi

“Onlara ya heç əhəmiyyət verilməməli, ya da ictimai qınaq tam gücü ilə işə düşməlidir”.

Bu fikirləri xaricdə yaşayan bəzi azərbaycanllı mühacirlərin Ermənistanın növbəti hərbi təxribatına görə Azərbaycanı suçlamalarına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin adamlar hər dəfə sərhəddə gərginlik yarananda mütləq Azərbaycanın əleyhinə hərəkətə keçirlər:

“Əlbəttə, belə halların baş verməsi, özünə azərbaycanlı deyən bəzilərinin düşmən maraqlarına xidmət edən fikirlər bildirməsi çox pis haldır.

Daha pisi budur ki, o adamlar hər dəfə sərhəddə gərginlik yarananda mütləq Azərbaycanın əleyhinə nəsə deyirlər, yazırlar, Ermənistanı günahsız, bizi günahkar göstərməyə çalışırlar.

Elə 44 günlük müharibənin gedişində də belə hallarla rastlaşdıq. Hamı bilir ki, bu gecə baş verənlər Ermənistanın növbəti təxribatıdır. Məqsəd də öz öhdəliklərinin icrasından yayınmaqdır. Amma cavabını layiqincə aldı.

Belə adamlara qarşı nə edilməlidir? Heç nə. Onsuz da xislətləri dəyişən deyil, xainliklərindən əl çəkməyəcəklər. Onlara ya heç əhəmiyyət verilməməli, ya da ictimai qınaq tam gücü ilə işə düşməlidir”.

A.Zeynalov

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv