!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan “Brüssel formatı”na “HÜCUM”: “Onlar Fransanın diqtəsi ilə gah Qərbin, gah da...” – Millət vəkili

!Reklam – Yazi

“Bütün bunlar ilk növbədə onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müstəqil siyasət yürütmək iqtidarında deyil”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransında “Brüssel formatı”nın “effektsiz” olmasına dair iddiasına münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Paşinyan bilməlidir ki, onun nizamlama prosesində vaxtı uzatmasının Ermənistana heç bir faydası yoxdur və olmayacaq:

“Ümumiyyətlə, bu, Paşinyanın nizamlama prosesinin gedişində, yumşaq desək, qeyri-ardıcıl və təəccüb doğuran hərəkətləri sırasında ilk hal deyil. Xatırlayırsınızsa, o, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada nəzərdə tutulan görüşündə də hər hansı izahat vermədən iştirakdan yayınmışdı.

Digər tərəfdən, Paşinyan Brüssel formatı deyilən görüşlər çərçivəsində Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul edərək üzərinə müəyyən öhdəliklər götürmüşdü. İndi isə bu öhdəliklərin icrasından boyun qaçırmaq üçün Brüssel formatının “effektsiz” olduğunu iddia edir.

Paşinyanın bu davranışı ilk növbədə onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müstəqil siyasət yürütmək iqtidarında deyil və əsasən, Fransanın diqtəsinə uyğun qaydada hərəkət edir. Yəni bu diqtəyə uyğun şəkildə gah Qərbin, gah da Rusiyanın təşəbbüslərinin boşa çıxmasına cəhd göstərir.

Ancaq Paşinyan bilməlidir ki, onun nizamlama prosesində vaxtı uzatmasının Ermənistana heç bir faydası yoxdur və olmayacaq. Çünki Azərbaycanın qəti şəkildə ortaya qoyduğu prinsipial mövqe həm ölkəmizin Konstitusiyasına, həm də beynəlxalq hüquqa əsaslanır. Ona görə də Ermənistan sülh prosesində konkret addımlar ataraq Azərbaycanın irəli sürdüyü beş prinsipi birmənalı qəbul etməlidir.

Əks halda, bütün proseslər Ermənistanın əleyhinə yönələcək. Sülh müqaviləsinin hazırlanması və delimitasiya prosesinin gecikdirilməsi, Zəngəzur dəhlizinin açılmasına əngəl törədilməsi, Laçın yolu ilə silah-sursat daşıyaraq vəziyyətin gərginləşdirilməsi və başqa amillər Ermənistanı məhvə aparan yoldur. İrəvan bunu mütləq nəzərə almalıdır”.

A.Zeynalov

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv