!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan GÜLÜNC AÇIQLAMA: "Müdafiə xərclərinin artırılması Azərbaycanla sülhə hazırlıqdır”

!Reklam – Yazi

“Müdafiə büdcəsinin artırılması Azərbaycana qarşı yönəlməyib”.

Yenicag.az xəbər verir ki, bunun Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin büdcə müzakirəsi zamanı deyib.

Paşinyan müdafiə xərclərini artırırılmasını belə izah edib ki, bu, Azərbaycanla müharibəyə hazırlıq deyil.

“Müdafiə xərcləri iki dəfədən çox artacaq, lakin bu, Azərbaycanla müharibəyə deyil, sülhə hazırlıqdır. Vətəndaşların təhlükəsizlik hissi sülh və sabitliyin əsas təminatçısıdır”, – o bildirib.

O, əmin olduğunu bildirib ki, bütün qonşu dövlətlər Ermənistanın heç kimə hücum etmək niyyətində olmadığını bilir.

“Bu kontekstdə iki səbəbdən silahlı qüvvələrdə islahatlarla bağlı səslənən narahatlığı səmimi hesab etmirəm. Birincisi, ordunu dəyişmək və islahat etmək hər bir müstəqil dövlətin təkcə haqqı deyil, həm də borcudur. İkincisi, son on il ərzində Azərbaycanın hərbi xərcləri orta hesabla Ermənistanınkından bir neçə dəfə çox olub və belə qalmaqda davam edir”, – Paşinyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv