!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan ilk açıqlama: “Rusiyanın təkliflərini qəbul edirik“

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Görüşdən sonra liderlərin çıxışlarından sitatlar mətbuatda dərc olunub.

“Nə vaxtsa bitirməliyik. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var və bunun üçün əsas məqamları üçtərəfli görüşdə müəyyənləşdirmək lazımdır. Əsas odur ki, sülh və inkişafı təmin edək. O cümlədən Ermənistan iqtisadiyyatı, çünki kommunikasiyaların açılması Ermənistan üçün də sərfəlidir. Ermənistan bizim strateji müttəfiqimizdir. Çox ümid edirəm ki, üçtərəfli görüş zamanı müəyyən razılaşmalar əldə olunacaq”,- deyə Putin bildirib.

Paşinyan isə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın Qarabağla bağlı təklif etdiyi yanaşma rəsmi İrəvan üçün məqbuldur:

“Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaların açılmasına razıdır. Delimitasiya işləri üçün sərhəddə təhlükəsizlik təmin edilməlidir. Ermənistan ərazisindən keçən kommunikasiyalar rəsmi İrəvanın nəzarətində olmalıdır”.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv