!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan müharibəni alovlandıracaq YENİ AVANTÜRA: “İrəvanın Qərbi prosesə qatmaq cəhdi...” – RƏY

!Reklam – Yazi

“Ermənistan rəhbərliyi onlara xas həyasızlıqla azərbaycanlı ictimai fəalların etiraz aksiyasını Azərbaycanın “savaş hazırlığı” kimi qələmə verir”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında Azərbaycana və Rusiyaya yönəlik növbəti absurd fikirlərini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın bu iddiaları müharibənin yenidən alovlanmasına təkan verən təhlükəli avantüradır:

“Ermənistan 44 günlük müharibəni bitirmiş üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin əsas hissəsini yerinə yetirməmək üçün bütün variantlara əl atır. Paşinyanın hökumətin bu gün keçirilən iclasında Azərbaycana və Rusiyaya qarşı səsləndirdiyi fikirlər isə absurd olduğu qədər də təhlükəlidir.

Müharibənin yekunlaşmasından sonra istər sərhədlərin delimitasiyası, istərsə də sülh sazişinin hazırlanmasını uzatmaqdan ötrü müxtəlif bəhanələr gətirən Ermənistan həm də sərhəddə zaman-zaman təxribatlar törədərək savaşın bərpasına zəmin yaradıb.

Paşinyan onlara xas həyasızlıqla azərbaycanlı ictimai fəalların Şuşa-Xankəndi yolunda ermənilərin Qarabağda ekoloji cinayətlərinə son qoyulması və ərazidə monitorinqin aparılmasına şərait yaradılması tələbilə keçirilən dinc etiraz aksiyasını Azərbaycanın “müharibə hazırlığı” kimi qələmə verib.

Eyni zamanda Ermənistanın Baş naziri Rusiyanı da dolayısı ilə ittiham edərək, Qarabağdakı sülhməramlı kontingentin yetərsizliyini, bu səbəbdən bölgəyə BMT mandatı ilə əlavə çoxmillətli hərbi qüvvə göndərilməsinin vacibliyini deyib.

Göründüyü kimi, regionda sabitliyin təmin edilməsinə mane olan İrəvan beynəlxalq səviyyədə onu himayə edən Qərb dövlətlərinin Qarabağda hərbi mövcudluğuna can atır. Ermənistanın Qərbi prosesə qatmaq cəhdinin arxasında üzərindəki öhdəlikləri tamamilə arxa plana keçirmək və Qarabağda sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdəki mövcud vəziyyəti qeyri-müəyyən müddətə qədər uzatmaq məqsədi dayanır.

Açıq desək, Paşinyanın bu absurd iddiaları müharibəni yenidən alovlandıra biləcək təhlükəli avantüradır. Ermənistan rəhbərliyi də, onların beynəlxalq dəstəkçiləri də yaxşı bilirlər ki, Azərbaycan öz qələbəsi ilə regionda yaratdığı yeni reallığın dəyişdirilməsinə imkan verməyəcək. Yeni müharibənin isə Ermənistanın sonunu gətirəcəyi hər kəsə aydındır”.

A.Zeynalov

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv