!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan Pakistanla bağlı AÇIQLAMA: "Bu, Azərbaycanla sülh müqaviləsindən asılıdır"

!Reklam – Yazi

Paşinyan Ermənistanın müsəlman ölkələri ilə münasibətləri haqqında açıqlama verib.

Yenicag.az xəbər verir ki, bu barədə Nikol Paşinyan jurnalistin nüfuzlu müsəlman dövlətləri ilə münasibətlərin intensivləşdirilməsi ilə bağlı sualını cavablandırarkən danışıb.

Ermənistanın baş naziri Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələrin qurulmasına ümid etdiyini bildirib.

Pakistanla bağlı danışan Paşinyan İslamabadla əlaqələrin qurulmasının Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacağını güman etdiyini deyib.

Xatırladaq ki, Pakistan və Azərbaycan Qarabağ və Kəşmirdəki münaqişə məsələlərində həmişə bir-birini dəstəkləyib. Pakistan dünyada Ermənistanı tanımayan yeganə ölkədir. Buna görə də ölkələr arasında heç vaxt diplomatik əlaqələr olmayıb.

Xuraman Etibarlı

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv