!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan təcili açıqlama – GƏRGİNLİK ARTIR

!Reklam – Yazi

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycanın Qarabağa humanitar yüklərin keçməsi etimad mühitini gücləndirəcək.

Yenicag.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, İrəvan humanitar yüklərin Qarabağa keçirilməsinə rəsmi Bakıdan müsbət reaksiya gözləyir. Bu barədə Paşinyan hökumətin iclasında bildirib. O xatırladıb ki, Qarabağdakı “humanitar böhran” kontekstində yardımın göstərilməsi barədə qərar qəbul edilib. Ötən gün 19 yük maşınında 361 ton yük daşınıb. Humanitar karvan indi Laçın dəhlizinin girişində dayanıb”.

Paşinyanın sözlərinə görə, Rusiya sülhməramlılarından yükü qəbul edib Qarabağa çatdırmağı xahiş edib: “Lakin Azərbaycan yüklərin Laçın dəhlizinə və Qarabağa daxil olmasına mane olur”.

Eyni zamanda, Paşinyan Qarabağa göndərilən məhsulların siyahısını sadalayıb və xatırladıb ki, İrəvanda akkreditə olunmuş səfirlər yükün məzmunu ilə tanış olublar.

Qeyd edək ki, Paşinyanın hiyləsi əvvəldən bəlliydi. Erməni baş nazir bilirdi ki, karvan buraxılmayacaq, əvəzində isə Azərbaycanı ittiham etməyə bəhanəsi olacaq. Lakin rəsmi Bakı bu qədər təzyiqlərə baxmayaraq, mövqeyində israrlıdır.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv