!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyanı devirmək istəyən Ermənistan müxalifəti həm Rusiya, həm də Qərbdən dəstək alır” – ŞƏRH

!Reklam – Yazi

“Mövcud şəraitdə Ermənistan müxalifətinin hökuməti dəyişmək imkanı yox dərəcəsindədir”.

Bu fikirləri Ermənistanda revanşist müxalifətin Nikol Paşinyan hökumətini devirmək üçün başlatdığı etiraz dalğasının mümkün nəticələrini dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ermənistan müxalifəti davamlı etiraz aksiyaları təşkil etsə də, bu proses Paşinyanın devrilməsi ilə nəticələnməyəcək:

“44 günlük müharibədən sonra Ermənistandakı revanşist qüvvələr özlərini tez-tez xatırladıblar. Onlar Paşinyanı məğlubiyyətin əsas səbəbkarı və satqın kimi görərək onun devrilməsinə çalışırlar.

Əlbəttə ki, həmin qüvvələr özbaşına deyil. Yəni Paşinyanı devirmək istəyən Ermənistan müxalifəti həm Rusiya, həm də Qərbdən dəstək alır. Ancaq mövcud şəraitdə Ermənistan müxalifətinin hökuməti dəyişmək imkanı yox dərəcəsindədir.

Vəziyyət bir qədər də gərginləşsə, Paşinyan yeni seçkilər təyin edəcək və növbəti dəfə qalib gələrək öz hakimiyyətini möhkəmləndirəcək.

Burada digər məqam ondan ibarətdir ki, revanşistləri dəstəkləyən Qərb və Rusiya dairələri indiki şəraitdən istifdə edərək ayrı-ayrılıqda qarşı tərəfin regionda təsir imkanlarının azalmasına cəhd göstərir”.

A.Zeynalov

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv