!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanı dövlət çevrilişindən qoruyacaq TƏK VARİANT: “İrəvanı bu vəziyyətdən çıxaracaq yeganə...”

!Reklam – Yazi

“Yaranmış şəraitdə Rusiya səfirinin bu açıqlaması məhz Moskvanın İrəvana mesajıdır”.

Bu fikirləri Zəngəzur dəhlizinin açılmasının region dövlətləri üçün faydalı olacağını bildirən Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun mövqeyinə münasibət bildirən politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, istənilən səfir öz ölkəsi ilə yanaşı, fəaliyyət göstərdiyi dövlətin də maraqlarını uyğunlaşdırmağa çalışır:

“Zəngəzur dəhlizi suverenliyi əbədiləşdirmək, tranzit ölkəyə çevrilərək iqtisadiyyatı gücləndirmək, Naxçıvan və Türkiyə ilə birbaşa əlaqə yaratmaq kimi həyati məsələlərdə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Zəngəzur dəhlizinın açılması nəinki Azərbaycan, həmçinin İran, Rusiya və Ermənistan üçün də önəmlidir. Çünki Rusiyanın Avropaya çıxışı məhdudlaşdırılıb, Asiyaya çıxışı isə çətinləşib. Dəniz tranziti isə çox vaxt aparır. Bir sözlə, qısa müddətdə başa çatdırıla bilən və ən səmərəli olan variant Zəngəzur dəhlizinin açılmasıdır.

Rusiya səfirinin bu açıqlaması da məhz Moskvanın İrəvana mesajıdır. Yəni Ermənistanın baş naziri Nikol Paşinyan həmişəki kimi prosesləri uzatmağa çalışsa, Rusiya Ermənistanda dövlət çevrilişi edəcək. İrəvanı bu vəziyyətdən çıxara biləcək yeganə variant Azərbaycanla sülh sazişini imzalamaqdır. Zəngəzur dəhlizi isə iki dövlət arasında məsələ olduğu üçün istər-istəməz öz həllini tapacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv