!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyanın açıqladığı planların gerçəkləşməsindən əvvəl Ermənistanın atmalı olduğu addımlar var” - ŞƏRH

!Reklam – Yazi

“O müddəalar Ermənistan tərəfindən yerinə yetirilməyənə qədər iki ölkə arasında əməkdaşlığın mümkünsüzlüyü hər kəsə aydındır”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın dəmiryolunun açılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə prinsipial razılaşmanın əldə olunmasına dair fikirlərini şərh edən ekspert Əlabbas Məhərrəmov deyib.

Onun sözlərinə görə, iki ölkənin lideri arasında bu istiqamətdə anlaşmanın olması nəzərdə tutulan kommunikasiya açılımının həmən baş tutacağı anlamına gəlmir:

“Paşinyanın Azərbaycan Prezidenti ilə istər Soçi, istərsə də Brüssel görüşündə əldə olunmuş razılaşmalar barəsində Tiflisdə şövqlə danışması gözlənilməz deyil. Burada Ermənistan Baş nazirinin həm də daxili auditoriyanın rəyinə nüfuz etmək cəhdi qeyd olunmalıdır.

O baxımdan, Paşinyan dəmiryolunun açılması, bununla Ermənistanın Şimal dənizinə qədər nəqliyyat dəhlizlərinə çıxış imkanı qazanması bəyanatla reallaşacaq məsələ deyil. Ermənistanın Baş naziri bu planların ölkəsi üçün çox əhəmiyyətli olacağını söyləyərkən mütləq vacib olan bir məqamı da diqqətdən qaçırmamalıdır. Paşinyanın açıqladığı planların gerçəkləşməsindən əvvəl Ermənistanın atmalı olduğu addımlar var.

Bunlar Ermənistanın öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsindən ibarətdir. Söhbət, əlbəttə ki, ilk növbədə 2020-ci il 10 noyabr üçtərəfli bəyanatındakı müddəalardan gedir. O müddəalar Ermənistan tərəfindən yerinə yetirilməyənə qədər iki ölkə arasında əməkdaşlığın mümkünsüzlüyü hər kəsə aydındır. Ona görə də Paşinyanın nəqliyyat dəhlizlərinə çıxış imkanı haqda söylədikləri vaxtsız nikbinlikdir”.

A.Zeynalov

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv