!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın açıqlaması və separatçı qovğası: "Qarabağdakı qeyri-qanuni silahlılar Azərbaycan ordusu üçün..."

!Reklam – Yazi

“Əgər sülh müqaviləsi imzalanarsa, Rusiya sülhməramlılarının Qarabağda qalması hüquqi baxımdan sual altında olacaq”.

Bu fikirləri Qarabağdakı separatçı rejim arasındakı gərginlik, bunun səbəbləri və ehtimal olunan nətciləri şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Tural Əliyev bildirib ki, Qarabağda hazırda baş verənlər ötən əsrin 80-ci illərinin sonlarındakı prosesə bənzəyir:

“Paşinyan son Brüssel və Reykyavik görüşündə Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometr olduğunu və ərazi bütövlüyünü dəstəklədiyini dedikdən sonra Qarabağdakı qondarma rejim daxilində fikir ayrılığı yaranıb. hazırda separatçı qurumun başçısı Arayik Arutyunyana qarşı kampaniya başladılıb. Bu kampaniyanın aparılmasının əsas məqsədi odur ki, bilirlər, əgər Ermənistan sülh müqaviləsi imzalasa və Azərbaycanın ərazi bütövlüyünü siyasi deyil, hüquqi imza ilə tanısa, bu artıq separatçı rejimin sonu deməkdir. Arayikə qarşı Samvel Babayan və Ruben Vardanyan mübarizə aparır. Ruben Vardanyan yeni fond yaradıb, çalışacaq ki, pulu ilə insanları ələ alsın. Samvel Babayan da qondarma rejimdə vəzifə tutmuş adam olub. Arutyunyan məğlub olmuş şəxsdir. O fiqur ciddi qəbul edilmir. Son mitinqlər də onu göstərdi ki, oradakı insanların fikri birmənalı deyil. Hazırda baş verənlər 80-ci illərin sonlarındakı prosesə bənzəyir. Əsas fərq ondadır ki, Azərbaycan əvvəlki Azərbaycan deyil.

Qarabağdakı qeyri-qanuni silahlılar Azərbaycan ordusu üçün legitim hədəfdir. Separtçı rejimin arxasında kənar qüvvələr var. Əgər sülh müqaviləsi imzalansa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hüquqi baxımdan da tanısa, Rusiya sülhməramlılarının taleyi gündəmə gələcək. Rusiya çalışacaq ki, tam olaraq Qarabağ gündəmdən düşməsin”.

Səxavət Məmməd

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv