!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın ACİZLİYİ: “Etirafları heç də boşuna deyil...” - POLİTOLOQ

!Reklam – Yazi

“Ermənistanın baş naziri Nikol Paşinyan və ətrafı Qarabağın Azərbaycana aid olduğunu etiraf edib”.

Bunu Ermənistan siyasi nümayəndələrinin Cənubi Qafqazda regional güc olan yeni Azərbaycan reallıqlarını etiraf etməsi fonunda sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni reallıqları – Azərbaycanın söz sahibi ölkələrdən birinin olduğunu qəbul etməyə başladı:

“Hazırda Ermənistanda istər əhali, istərsə də siyasi nümayəndələr Azərbaycanın şərtləri ilə sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır. Lakin Azərbaycana qarşı qərəzli mövqedə dayanan bəzi beynəlxalq güclər sabitliyin olmasına, gərginliyin azalmasına imkan vermir. Bunun üçün isə həm daxilindəki adamları ilə, həm də təzyiqlərlə Ermənistanı yolundan azdırırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan və ətrafı Qarabağın Azərbaycana aid olduğunu etiraf edib. Bu isə Ermənistanın daha öncə də vurğulandığı kimi, reallıqları qəbul etməsi deməkdir. Etiraflar isə heç də boşuna deyil. Niyə 2020-ci ilin sentyabrın 27-sindən əvvəl qəbul etmirdilər? Çünki başlarına “Dəmir yumruq” dəyməmişdi.

Hazırda Ermənistan daha çox zərər görməmək üçün mövcud reallıqlar əsasında Azərbaycanın irəli sürdüyü şərtlərlə razılığa gəlməyə hazırdır. Bu gün gərginlik varsa, əsas səbəb Paşinyan hökumətinin acizliyidir. Ermənistanın hazırda tək çıxış yolu Azərbaycanla razılaşmaqdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv