!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın “Amerika keçisi”ni bostanına buraxması Rusiyanı QƏZƏBLƏNDİRDİ

!Reklam – Yazi

Paşinyanın “Amerika keçisi”ni bostanına buraxması Rusiyanın ani reaksiyasına səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Yoldaş General” teleqram kanalı yazı dərc edib.

Yazıda bildirilir ki, Rosselxoznadzor Ermənistandan Rusiyaya idxal edilən çirklənmiş məhsulların sayının kəskin artdığını aşkarlayıb. Bu səbəbdən bəzi məhsullar Rusiyada heç vaxt paylanmayıb.

Üstəlik, havanın artıq öz təsirini göstərdiyi Yuxarı Larsdakı vəziyyətə görə Ermənistan malları Rusiyaya çata bilmir.

“Yoldaş General” qeyd edir ki, Moskva ilə İrəvan arasında ticarət-iqtisadi əməkdaşlıqda problemlər təkcə bununla bağlı deyil:

“Yalnız bir şey Moskvanı Yuxarı Larsdakı kranı bağlamağa vadar edə bilər – İrəvanın reeksport bostanına Amerika keçisini buraxması barədə məlumat”.

Bu səbəbdən də mənbə Ermənistan rəhbərliyinin ixrac məlumatlarını ABŞ Xəzinədarlığına ötürməyə razılıq verdiyini istisna etmir.

“Moskvada bundan agah olan kimi xəbərdarlıq etmək qərarına gəliblər. Müvafiq olaraq, Paşinyan hökuməti eyni ruhda hərəkət etməyə davam edərsə, vəziyyət daha da pisləşəcək”,  – “Yoldaş General” hesab edir.

Xuraman Etibarlı

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv