!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın Azərbaycan bağlı müsbət fikirlərinin arxasındakı SƏBƏB: "Bu, elə də asan məsələ deyil" - ŞƏRH

!Reklam – Yazi

“Müasir erməni cəmiyyətini həm ictimai şüur, həm də fərdi səviyyədə dəyişdirmək elə də asan məsələ deyil”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın istər Azərbaycan, istərsə Türkiyə ilə bağlı səsləndirdiyi müsbət fikirlər və bunun arxasında yatan səbəbləri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Paşinyan erməni xalqını hazırlamağa çalışır:

“İlk vaxtlar erməni şüurunun dəyişdirilməsinin bünövrəsi qoyulmalıdır. Zənnimcə, Nikol Paşinyan öz xalqını yaxşı tanıyır və bu cür fikirlər səsləndirməklə onları dəyişikliklərə hazırlayır. Yüz illər boyu xəyali “böyük Ermənistan” ideyaları ilə bəslənmiş, formalaşdırılmış erməni şüuru o qədər mühafizəkardır ki, onu qısa müddətdə dəyişdirmək mümkün deyil. Əgər səmimi dəyişdirmək istəyirsə, müəyyən alternativ ideyalar irəli sürməlidir. Tədricən onun praktikasının yardılmasına can atmalıdır ki, bu insanların şüurunda öz əksini tapsın. Müasir erməni cəmiyyətini həm ictimai şüur, həm də fərdi səviyyədə dəyişdirmək elə də asan məsələ deyil. Üstəlik də cəmiyyət yekdil deyil. Nikol Paşinyan bir şey deyirsə, müxalifət partiyaları başqa bir şey deyir, kilsə isə tamamilə başqa bir şeyi iddia edir və kütlənin beyninə yeritməyə çalışır.

Ermənistan cəmiyyətinin dəyişdirilməsi, onlara reallıqların anladılması prosesi çoxsahəli və mürəkkəb işdir. Nikol Paşinyan bu sahədə örnəklər verirsə, bunun özü də müsbət addım kimi qiymətləndirilməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv