!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyanın Azərbaycanla münasibətləri müsbət istiqamətdə davam edəcək" - ŞƏRH

!Reklam – Yazi

“Paşinyan prezident kürsüsünə öz adamının seçilməsinə çalışacaq”.

Bu sözləri Ermənistanda baş verən siyasi proseslərin Azərbaycanla münasibətlərə mümkün təsirlərini dəyərləndirən politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın yürütdüyü siyasət fonunda mövcud gedişat gələcəkdə Ermənistanla Azərbaycan və Türkiyənin münasibətlərinin yaxşılaşmasına xidmət edəcək:

“Ermənistanın sabiq prezidenti Armen Sarkisyanla Paşinyanın münasibətləri uzlaşmırdı. Paşinyan Baş Qərargah rəisi Qasparyanı istefaya göndərəndə Armen əngəl olmuşdu. Ermənistan parlamentli respublikadır. Prezident isə formal xarakter daşıyır. Yəni, prezident idarəçilikdə mühüm rol oynamır. Prezident istefa məsələləri və təyinatlarla məşğul olur. Məlumdur ki, Paşinyan ona qarşı çevriliş cəhdindən sonra hakimiyyət strukturlarında öz sütunlarını möhkəmləndirməyə başlayıb. Prezident kürsüsünə də öz adamının seçilməsinə çalışacaq. Reallıq budur ki, əsas söz sahibi Baş nazir Paşinyandır. Paşinyanın Azərbaycanla münasibətləri müsbət istiqamətdə davam edəcək. Həmçinin Ermənistan-Türkiyə əlaqələri də inkişaf xətti ilə irəliləyəcək”.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Alen Simonyan icra edəcək. Hazırda Ermənistanda iqtidardakı Vətəndaş Müqaviləsi Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahanq Xaçaturyanın namizədliyini irəli sürüb.

Gülşən Şərif

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv