!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın BƏXTİ GƏTİRMİR: Çıxışı zamanı işıqlar söndü - VİDEO

!Reklam – Yazi

Paşinyanın çıxışı zamanı Ermənistan parlamentində işıqlar sönüb.

Yenicag.az xəbər verir ki, hadisə baş nazirin rəhbərlik etdiyi hökumətin növbəti iclasında Nikol Paşinyanın çıxışı zamanı baş verib.

Bir müddət əvvəl də baş hökumət binasında, eləcə də iclas zalında işıqlar sönüb. Hökumət üzvləri bir neçə dəqiqə qaranlıqda qalıblar.

Çıxışı yarımçıaq kəsilən Paşinyan Ərazi idarəetmə naziri Qnel Sanosyana hücum çəkib.

“On ildir eyni məsələ ilə bağlı göstəriş vermək olarmı?”, – o, nazirdən soruşub.

“Mən bundan danışırdım. Ölkədə elektrik enerjisi keyfiyyətsizdir. Bu binada da, ofislərdə də işıq daim yanıb-sönür. Biz bu haqda danışırıq, amma məsələ həll olunmur”, – Paşinyan irad tutub.

Xuraman Etibarlı

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv