!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın dayağından daha bir ƏKS MÖVQE: “Fransanın Azərbaycanın ərazi bütövlüyünə qarşı atdığı bu addım...” - ŞƏRH

!Reklam – Yazi

“Fransanın XİN rəhbərinin regiona gələrək Azərbaycanın ərazi bütövlüyünə qarşı mövqe sərgiləməsi təəssüf doğuran məqamlardan biridir”.

Bunu Ermənistan-Azərbaycan arasında sülhün təmin olunması üçün addımların atıldığı bir zamanda pozuculuq etmək istəyən qüvvələrin fəaliyyətindən danışan politoloq İlyas Hüseynov Yenicag.az-az açıqlamasında deyib.

O, bildirib ki, Vaşinqton görüşü kifayət qədər ciddi nəticələr verib:

“ABŞ Cənubi Qafqazda sülhün əldə olunmasına nail olmaq üçün əlindən gələni edir. Sülh müqaviləsinin ilkin mətni ilə yol xəritəsinin formalaşması üçün kifayət qədər ciddi enerji sərf olunur. Azərbaycanın əsas tələbi üçtərəfli birgə bəyanatın dördüncü bəndinin yerinə yetirilməsidir. Yəni Azərbaycan ərazisindən qanunsuz erməni hərbçilərinin çıxarılmasıdır. Ermənistan silahlı qüvvələrinin təqribi hesablamalara görə Azərbaycan ərazisində 10 mindən artıq hərbçisi qalmaqdadır. Bu faktor regional təhlükəsizlik üçün ciddi təhdid törədir.

Təəssüf doğuran məqamlardan biri Fransanın XİN rəhbərinin regiona gələrək Azərbaycanın ərazi bütövlüyünə qarşı mövqe sərgiləməsidir. O, Ermənistandan Xankəndinə gediş-gəlişin maneəsiz təmin olunmasının tərəfdarı olduğunu bildirib. Bu açıqlama Azərbaycanın ərazi bütövlüyünə qarşı Fransadan növbəti çıxışdır.

Uzun gərginlik müddətindən sonra Ermənistan-Azərbaycan arasında sülhə yaxın olduğumuz ilk dövrdəyik. Hazırkı proseslərdən istifadə edib məhz sülhə doğru müsbət addım atmaq lazımdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv