!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın devrilməsi SSENARİSİ: Bu baş versə, bölgədə nələr dəyişəcək? - ŞƏRH

!Reklam – Yazi

“Gec-tez Azərbaycanın diqtəsi ilə sülhə gedəcəklər”.

Bu fikirləri Ermənistanda baş verən etirazlar fonunda Nikol Paşinyana hakimiyyətinin devrilməsi ehtimalını dəyərləndirən siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Tehran Orucoğlu bildirib ki, Ermənistan müxalifəti öz istəklərinə çata bilməyəcək:

“Müxalifət nümayəndələri xalqı inandırmağa çalışırlar ki, türklərlə hər hansısa normallaşma Ermənistanın sonu olacaq. İddiaları da bu yöndədir ki, hakimiyyyətə gəlsinlər və Ermənistanı 44 günlük müharibədən əvvələ qaytarsınlar. Lakin bu, xülyadır. Onlar sadəcə bu cür vədlərlə hakimiyyətdə təmsil olunmaq şansını əldə etmək istəyirlər. Düşünürəm ki, Ermənistanda mütamadi olaraq təşkil edilən mitinqlərin iki ana xətti var. Birincisi, revanşistlərin təşkil etdikləri mitinqlər, ikincisi, Nikol Paşinyanın təşkil etdiyi mitinqlər. Nəzər salsaq, görəririk ki, bu gün Paşinyanın da tərəfdarları az deyil. Biz bunu müharibədən sonrakı seçkilərdə görmüşük. Lakin hakimiyyətə revanşistlər gəlsə belə, Azərbaycanla imzalanan sənədlərdə dəyişiklik edə bilməyəcəklər. Bu, proses zamanı sadəcə vaxt itkisi ola bilər. Gec-tez Azərbaycanın diqtəsi ilə sülhə gedəcəklər”.

Yenidən müharibənin başlama ehtimalının olduğunu deyən siyasi şərhçi bunun baş verəcəyi təqdirdə Ermənistanın dövlət kimi varlığının sual altında olacağını bildirib:

“Düşünək ki, revanşistlər hakimiyyətə gəldi və müharibə başladı. Dəyişən nə olacaq ki? Birincisi, Ermənistanın ordusu yoxdur. İkincisi, revanşistlərin arxalandıqları Rusiya və Fransa faktoruna nəzər salsaq, görərik ki, üçtərəfli bəyanatın qarantı məhz Rusiyadır. Moskvanın müharibə üçün Ermənistana dəstək verəcəyini düşünmək düzgün olmaz. Fransa isə Ermənistanı Azərbaycanla müharibəyə kökləyəcək qədər silah və sursatla təmin etmək gücündə deyil. Bu gün Aİ ölkələrinin başı Ukraynaya qarışıb. Aİ-nin sülhü dəstəklədiyini hamımız bilirik. Belə olduğu təqdirdə Ermənistana kim dəstək verəcək? Təbii ki, heç kim”.

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv