!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın "Ermənistan 2050 – İnkişaf Strategiyası": Nağıllar və reallıqlar  

!Reklam – Yazi

Ötən ay Ermənistanın baş naziri Nikol Paşinyanın inqilab zamanı xalqa verilən vədlərin yerinə yetirilməsi məqsədi ilə elan etdiyi Ermənistan 2050 – İnkişaf Strategiyası Yerevanda ciddi müzakirə edilir. Açıqlanan strateji sənəddə ən önəmli başlıqlardan biri ÜDM-nin həcminin qarşıdakı 30 il ərzində təxminən 15 dəfə artımının planlaşdırılmasıdır.

Təbii ki, fantastik proqnozdur və iqtisadi əsaslandırılması ola bilməz. Müqayisə üçün deyək ki, 2003-cü ildə Azərbaycanda ÜDM istehsalı 9 milyard olsa da, 2018-ci ildə bu məbləğ 47 milyard dollara çatıb. Zəngin resurslara baxmayaraq, son 15 ildə bu göstərici cəmi 5,2 dəfə artıbsa, kasıb Ermənistanda bu göstəricinin yaxın 30 ildə 15 dəfə arta bilməsi şirin nağıldan başqa bir şey deyil.

BVF-nin proqnozları da bunun nağıl olduğunu təsdiqləyir. Strateji sənəddə 2024-cü ildə ÜDM-nin ümumi həcminin 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ÜDM-nin həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5,7 min dollar təşkil edəcək. Bir sözlə, Paşinyan hökuməti yaxın və uzaq
prespektivdə şirin nağıllar danışmaqla vədlərindən yayınmaq ustəyir. Daha doğrusu, hakimiyyətə yiyələnmiş Paşinyan hələ də vəd verməkdə davam edir. BVF-nin proqnozlarına görə, iqtisadi inkişafın əsas indikatorlarından sayılan ixrac həcminin də artımına şübhə ilə yanaşır. Beynəlxalq ekspertlər hesab edir ki, xarici ticarətdəki mənfi saldo uzun müddət davam edəcək.

Ermənistanın 2016-2023-cü illər ərzində idxal-ixrac əməliyyatlarının ssenarisi üzrə 2018-ci ilin nəticələrinə görə, Ermənistanın ixracı 2411.9 milyon dollar, idxalı isə 4.963.2 milyon dollar olub.

Yəni mənfi saldo faizlə yox dəfələrlə ölçülür. Ermənistanın ixrac strukturunun özəyini dağ-mədən sənayesinin xam və yarım-fabrikat malları (23 %), təbii daş-qaş və digər metallar (12,8 %), tütün məmulatları (11,2 %) və içkilər (9,63 %) təşkil edir ki, bu da ölkə iqtisadiyyatının primitiv iqtisadi modelə sahib olduğunu təsdiq edir. Ancaq Ermənistan hökuməti var gücü ilə çalışsa belə, xarici ticarətdə ciddi uğurlar əldə edə bilməyəcək. Çünki varlı qonşusu Azərbaycanla müharibə vəziyyətindədir, böyük qonşusu Türkiyə ilə diplomatik münasibəti belə yoxdur. Rusiya və İran investorlarını isə Ermənistan bazarı o qədər də cəlb etmir. Yəni coğrafiyanın özü Ermənistanın ziyanına işləyir. Ermənistan hökumətinin açıqladığı hədəflər içərisində turizm sektorunun inkişafı da var. Bunun üçün ölkədə bir sıra idman yarışlarının keçirilməsi və turizm sektoruna investisiya yatırılması ilə 2050-ci ildə ölkəyə 15 milyon turistin gəlməsi planlanır.

Lakin Ermənistanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzinin təhlilinə əsasən, xarici turist olaraq ölkəyə səfər edən qonaqların 62 %-i dünyanın müxtəlif yerlərində yaşayan etnik ermənilərdir. Bu tendensiyanın davamlı olma ehtimalı və ölkənin Cənubi Qafqaz regionunda qonşularına nisbətən cəlbediciliyinin olduqca aşağı olması, Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrin olmaması, otel biznesinin aşağı səviyyəsi verilən vədlərin reallaşmasını mümkünsüz edir. Paşinyan iqtidarı ölkənin düşdüyü acınacaqlı durumun baiskarının keçmiş rəhbərlik olduğunu deyir. Bəlkə də bu məsələdə haqlıdır.

Ancaq ortada bir Saakaşvili nümunəsi var. Saakaşvili də əvvəlki hökuməti tənqid edirdi, ancaq eyni zamanda radikal islahatlara gedib effektiv siyasət qura bildi.

Görünən budur ki, Paşinyanın belə bir istəyi yoxdur. Hətta bu istəyi olsa belə effektiv islahatlar aparmaq üçün coğrafi mövqeyi və apardığı işğalçı xarici siyasəti imkan vermir.

Qarabağ münaqişəsi ədalətli həllini tapmayınca, Ermənistandakı indiki durum davam edəcək və hakimiyyət dəyişikliyinin heç bir faydası olmayacaq, strateji sənədlər də kağız üzərində qalacaq.

Qadir İBRAHİMLİ

Xüsusi olaraq, YENİCAG.AZ üçün

www.yenicag.az

2605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv