!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyanın fiziki məhvini yaranmış vəziyyətdən çıxış yolu kimi görənlər...” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistan hökuməti Azərbaycanla müharibə etmək imkanında olmadığını aydın şəkildə dərk edir”.

Bu fikirləri Ermənistanın Baş naziri və digər rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyünün tanınması haqda fikirlərinin yerli cəmiyyətdə doğurduğu reaksiyadan bəhs edən professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İrəvanda mövcud vəziyyətdə sülh və müharibədən ibarət iki variantdan birinin seçilməli olduğunu aydın dərk edirlər:

“Nikol Paşinyanın bir neçə saat davam etmiş mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair səsləndirdiyi fikirlər erməni cəmiyyətində çox ciddi gərginlik yaradıb. Müxalifət və cəmiyyətin müəyyən hissəsi bunu aşkar xəyanət olaraq qiymətləndirirlər.

Eyni zamanda parlamentdə təmsil olunmayan müxalifət qüvvələri hökumətin bu yanaşmasına daha aqressiv reaksiya verməkdədirlər. Paşinyanın son bəyanatlarına “Qarabağın təhvil verilməsi” kimi yanaşan radikal kəsim Paşinyanın devrilməsinə, hətta vəziyyətdən çıxış yolu qismində onun fiziki məhvinə çağırışlar da edirlər.

Bununla belə, Ermənistanda hökumət də, müxalifət də çox yaxşı anlayır ki, mövcud vəziyyətdə sülh və müharibədən ibarət iki variantdan biri seçilməlidir. Birinci variant müharibədir. Ermənistan hökuməti Azərbaycanla müharibə etmək imkanında olmadığını aydın şəkildə dərk edir. Bu səbəbdən də ikinci varianta meyillənir.

Hər halda, Azərbaycan və Ermənistan liderlərinin qarşıdan gələn Moskva görüşündə çox mühüm anlaşmanın əldə olunacağı gözlənilir. Əgər bu gözləntilər doğrulmasa və Ermənistan yenə də prosesi pozmağa, yaxud uzatmağa cəhd göstərərsə, o zaman Azərbaycan gərəkən addımları atacaq”.

A.Zeynalov

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv