Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyanın “GÜZƏŞT BLEFİ”: “Məqsəd vaxt qazanaraq, yeni güc toplamaqdır” – Qabil Hüseynli/VİDEO

Reklam: Sinerji Pro

“Ermənistan Azərbaycan prezidentinin bütün şərtlərini yerinə yetirməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli üçün qarşılıqlı güzəştlərə hazır olması haqda bəyanatına münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, mövcud vəziyyətdə Ermənistan rəhbərliyi Azərbaycan prezidentinin bütün şərtlərini yerinə yetirməlidir:

“Sözsüz ki, ağır vəziyyətə düşən Ermənistan rəhbərliyi Azərbaycan ordusunun əks-hücum kampaniyasının dayandırılmasını, bundan sonra isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, konkret olaraq, Ryusiyadan yardım almaq istəyir. Ancaq hələlik buna nail ola bilmirlər.

Azərbaycanı şirnikləndirərək, ordumuzun müzəffər yürüşünü dayandırmaq üçün İrəvan yeni hiyləgərliyə əl atır. Buna bənzər hallar bir neçə dəfə baş verib. Yəni razılaşma əsasında Azərbaycan tərəfi atəşi dayandırdıqdan sonra Ermənistan ordusu dəfələrlə qəfil hücuma keçərək, ərazilərimizi işğal ediblər. Atəşkəslə bağlı ən davamlı sənəd olan Bişkek protokolunun tələbləri də Ermənistan tərəfindən hər fürsətdə pozulub.

Elə bir vəziyyət yaranıb ki, Azərbaycan bu problemi birdəfəlik həll etməlidir. Əgər bunu indi etməsək, məsələ sonsuza qədər uzanacaq, toqquşmaların arası kəsilməyəcək. Ermənistana belə bir fürsət verilməməlidir.

Paşinyan Azərbaycan prezidentinin şərtlərini yerinə yetirməlidir. İşğalçı Ermənistan ordusu Azərbaycan ərazilərindən tamamilə çıxarılmalı və Azərbaycan Silahlı Qüvvələri də bu qrafikin yerinə yetirilməsinə nəzarət etməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra danışıqlar bərpa edilməli, bütün məsələləri özündə ehtiva edən uzunmüddətli sülh sazişi imzalanmalıdır”.

Aqil Bəkir

www.yenicag.az

274