!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın istefasının PƏRDƏARXASI: “Hakimiyyətə qarşı qiyam ehtimalı...”

!Reklam – Yazi

“Məqsəd də bu kimi təxribatlarla yaxın günlərdə, aprelin 5-i Ermənistanın ABŞ və Aİ ilə görüşü keçiriləcək görüşün qarşısını almaqdır”. 

Bunu erməni mediasında Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin həqiqəti nə qədər əks etdirdiyi barədə fikirlərini səsləndirən politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın istefası mümkün deyil, hadisələr sadəcə rusiyapərəst qüvvələrin Ermənistanda qarışıqlıq yaratmasından ibarətdir:

“Çünki yaxın günlərdə, aprelin 5-i Ermənistanın ABŞ və Avropa İttifaqı ilə görüşü keçiriləcək. Məqsəd də bu kimi təxribatlarla məhz həmin görüşün qarşısını almaqdır. Əlavə olaraq zaman-zaman həm parlamentdəki, həm də kənar müxalif qüvvələrin Paşinyanı istefaya çağırması ilə bağlı çağırışları müşahidə olunub. Ancaq onun müharibədən məğlub çıxmasına baxmayaraq yenidən baş nazir seçilməsini mütləq nəzərə almaq lazımdır”, – deyə o bildirib.
Q.Çaxmaqlı qeyd edib ki, Paşinyan hələ bir müddət fəaliyyətini davam etdirəcək.

“Eyni zamanda, Paşinyan onu istefaya çağıran parlamentarilərə qarşı yeni bir addım atıla bilər. Belə ki, Serj Sarkisyan və Köçəryan cütlüyünün yer almadığı, həmçinin Qərbmeyilli yeni parlament qurula bilər. Bu isə elə də asan proses deyil, müəyyən zaman lazımdır. Düzdür, hazırda Ermənistanda gərginlik hökm sürür. Gələcəkdə hakimiyyətə qarşı qiyam olması ehtimalı da yüksəkdir. Lakin Paşinyanın belə bir vaxtda istefası nəyinki mövcud olan gərginliyi daha da artıra, hətta Ermənistanın dövlətçiliyini belə təhlükə altına sala bilər”, – deyə o yekunlaşdırıb.

Nəsimi Ələsgərli

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv