!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın Kremllə ƏSƏB OYUNU: “Moskva Ermənistandakı Rusiyayönümlü qüvvələri...”

!Reklam – Yazi

“Hadisələrin bu yöndə inkişafı Paşinyan hökuməti üçün çox ciddi risklər yaradacaq”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə ardıcıl bəyanatlarının mümkün nəticələrindən danışan politoloq Nazim Cəfərsoy Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, Paşinyan bununla Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmalı olduğuna diqqəti yönəltməyə çalışır:

“Ermənistan baş nazirinin “əgər 102-ci hərbi bazanın faydasını görmürüksə, nə üçün qalmalıdır?” ifadəsi ilə sətiraltı olaraq Rusiyanın Ermənistandan getməli olduğunu vurğulayır.

Bu isə Rusiyada qətiyyən xoş qarşılanmır. Moskva buna qarşılıq olaraq Ermənistandakı Rusiyayönümlü qüvvələrdən istifadə edərək Paşinyanı devirməyə cəhd göstərə bilər.

Hadisələrin bu yöndə inkişafı isə Paşinyan hökuməti və ümumilikdə Ermənistan dövlətinin gələcəyi üçün çox ciddi risklər yaradacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv