!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyanın Makrona zəng etməyə belə vaxtı olmayacaq” - Amerikalı erməni EKSPERT

!Reklam – Yazi

“Hadisələr elə sürətlə baş verəcək ki, Paşinyanın Makrona zəng etməyə belə vaxtı olmayacaq”.

Yenicag.az xəbər verir ki, bunu amerikalı danışıqlar üzrə mütəxəssis, konfliktoloq, CM & Partners şirkətinin baş məsləhətçisi Artur Martirosyan Ermənistan telekanalının siyasi tok-şousunda deyib.

O bildirib ki, Ermənistan Zəngəzur dəhlizini açmasa, əks halda Azərbaycan Ordusu bunu özü həll edəcək.

“Ermənistanın hələ də öz dövlətçiliyini xilas etmək – Sünik (Zəngəzur – red.) ərazisindən Azərbaycan üçün dəhliz açmaq şansı var.
Əks halda Azərbaycan Ordusu bunu özü edəcək.
İrəvan buna təkbaşına getsə, o zaman bu yol üç ölkənin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında göstərildiyi kimi Rusiya hərbçilərinin nəzarətində olacaq.

Yoxsa, yol zorla açılacaq. Və heç kim deməsin ki, Azərbaycan Ordusunun qarşısını ala biləcəklər.
Paşinyanın nə Borelə, nə də Makrona zəng etməyə vaxtı belə olmayacaq. Heç kim Ermənistana kömək etməyəcək!”, – Martirosyan deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiya ilə münasibətləri pozmamalıdır.

“Ermənistan hakimiyyətinə məsləhət görə biləcəyim ikinci şey Rusiya ilə münasibətləri korlamamaqdır.

Ukraynadakı müharibədən kimin qalib çıxacağını hələ heç kim deyə bilməz.
Rusiya qalib gəlsə, Kreml İrəvanı diz çökdürəcək… Bütün risklər nəzərə alınmalıdır!”, – amerikalı siyasətçi əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv