!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın Moskvaya dirənişinin ZƏNGƏZUR PƏRDƏSİ: "Ermənistanın anti-Rusiya mövqeyinə Kremlin reaksiyası..."

!Reklam – Yazi

“Baş nazir açıq şəkildə Rusiyaya: “sənin sərhəd qoşunların, təhlükəsizlik xidmətin Zəngəzurda nə gəzir?” – deyir”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlər Rusiyaya qarşı bəyanatlarının Zəngəzur dəhlizinin reallaşmasına təsiri ilə bağlı danışan Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, Paşinyan son zamanlar bir sıra bəyanatları ilə gündəmdə qalmağı bacarır:

“O, son çıxışlarında Azərbaycanla münasibətlərin tənzimlənməsi və sülh prosesinin nizamlanmması istiqamətində üç prinsip qeyd edib. Həmin prinsiplər ərazi bütövlüyü, sərhədlərin delimitasiya və demarkasiyası, regional kommunikasiyaların bərpası ilə bağlı məsələlərdir. Yəni Paşinyan birbaşa olaraq söyləməsə də, Zəngəzur dəhlizinin açılmasının lehinə olduğunu bildirir. Bu da 10 noyabr bəyannaməsinin 9-cu bəndində öz əksini tapıb.

İncə məqamlara diqqət yetirmək lazımdır. Paşinyan qeyd edir ki, dəhliz keçdiyi ölkənin yurisdiksiyasında olmalıdır və əlavə edir ki, gömrük və sərhəd xidmətini həmin ölkə həyata keçirməlidir. Bu isə Zəngəzur dəhlizinin uzandığı 40-45 kilometrlik ərazinin Ermənistana aid olduğu və erməni postlarının, keçid məntəqələrinin nəzarəti altında olacağı deməkdir. Həmçinin Paşinyanın yanaşmasından dəhliz üzərində Ermənistan təhlükəsizlik xidmətinin fəaliyyət göstərməli olduğu mövqeyi hər kəsə aydındır.

Üçtərəfli bəyannamənin 9-cu bəndinə nəzər salsaq, kommunikasiyaların təhlükəsizliyinin təmin olunmasının Rusiya FSB-nin səlahiyyətində olacağı bildirilir. Ancaq Paşinyan həmin məsələnin gerçəkləşməsində maraqlı deyil. Deməli, baş nazir açıq şəkildə Rusiyaya: “sənin sərhəd qoşunların, təhlükəsizlik xidmətin Zəngəzurda nə gəzir?” – deyir.

Ermənistanın anti-Rusiya mövqeyinə Kremlin reaksiyası necə olacaq? Hazırda həllini gözləyən məsələlərdən biri məhz budur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv