!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın müharibə MESAJI: “Ermənistan məcbur edir ki, Azərbaycan...” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın təxribatlarının davam etməsi Azərbaycanı istənilən vaxt, istənilən ərazidə adekvat təsirli və Ermənistan üçün kifayət qədər ağrılı-acılı nəticələrə gətirib çıxaracaq addımlar atmasına vadar edir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın “nə qədər ki, sülh razılaşması yoxdur, müharibə ehtimalı çox yüksəkdir” açıqlamasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Paşinyanın yenidən müharibə olması ehtimalı barədə səsləndirdiyi fikirlər reallığı əks etdirmir:

“Çünki müharibənin olması, yaxud başlaması üçün tərəflərin bəlli miqdarda hərbi potensialı olmalıdır. Belə bir potensial isə Ermənistanda yoxdur.

Sülh müqaviləsinin imzalanmaması Azərbaycanın Qarabağdakı qanunsuz erməni hərbçilərini silahsızlaşdırmaq, ərazidən çıxarmaq üçün döyüş əməliyyatları keçirməyəcəyi mənasına gəlmir.

Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Qarabağ ərazisindəki qanunsuz erməni silahlılarını bəsləyir. Separatçı rejimin tabeliyində olan terrorçulara Ermənistan hər il müəyyən miqdarda vəsait ayırır. O cümlədən, bu il separatçıların fəaliyyətinin davam etdirilməsi üçün Ermənistan büdcəsindən 430 milyon dollar pul xərclənib. Və bu vəsaitin son altı ay ərzində demək olar ki, yarıdan çoxu istifadə edilib.

Ermənistan üçtərəfli birgə bəyanatın şərtləri ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə, sülh müqaviləsinin imzalanması prosesini uzadırsa, Azərbaycan Qarabağdakı erməni silahlılarının təmizlənməsi, doğma yurd-yuvalarından didərgin düşən insanların vətənlərinə qayıtması, erməni əhalinin Azərbaycana inteqrasiyasını sürətləndirmək üçün hərbi əməliyyatlar keçirə bilər.

Xatırlatmaq istəyirəm ki, keçən ilin mart ayının 24-dən bu günə qədər Azərbaycan rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə 12 dəfə əməliyyat keçirib. Və bu əməliyyatların heç birində erməni xuntasının tabeliyində olan qüvvələr Azərbaycan Ordusuna qarşı bir dəfə belə olsun epizodik nailiyyət əldə edə biləcək addım ata bilməyib.

Azərbaycan isə hədəflədiyi ərazilərə yerdəyişmələr edib, qoşunlarını həmin ərazilərdə yerləşdirib. Həmçinin Laçın keçid-buraxılış məntəqəsini quraşdırmaqla ümumilikdə sərhəd bütövlüyü təmin olunub.
Ermənistanın təxribatlarının davam etməsi Azərbaycanı istənilən vaxt, istənilən ərazidə adekvat təsirli və Ermənistan üçün kifayət qədər ağrılı-acılı nəticələrə gətirib çıxaracaq addımlar atmasına məcbur edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv