!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın “müsbət siqnalları” və REALLIQ: “Bu vədlər ictimai rəyi yoxlamaq üçün ortaya atılan...”

!Reklam – Yazi

“Ermənistanın baş naziri konstruktiv mövqe sərgiləyərək belə bir ssenaridən yayınmaq istəyir”

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın delimitasiya və demarkasiya məsələlərinə dair verdiyi müsbət bəyanatların nizamlama prosesinə təsirindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan reallıqları dərk edir və mövqeyində dəyişiklik etməsə, Azərbaycanla qarşıdurmanın qaçıılmaz olacağını anlayır:

“Ermənistan 44 günlük Vətən müharibəsi və ondan sonra keçirilən antiterror əməliyyatları fonunda havadarları olsa belə, məğlub olacağını başa düşür. Bu səbəbdən, konstruktiv mövqe sərgiləyərək belə bir ssenaridən yayınmaq istəyir.

Əlavə olaraq, Rusiya ilə münasibətlər kontekstində Paşinyan ölkəsinin Qərbə və NATO-ya üzvlüyünün mümkün olmadlığını yaxşı başa düşür. Nəticə baxımından, Azərbaycanla olan mövcud problemləri həll etməkdə qərarlıdır. Etimad mühitinin formalaşması planında onun bu addımları olduqca mühüm idi.

Lakin qarşımızdakı şəxsin Paşinyan olduğunu nəzərə alsaq, keçmişdə də müsbət bəyanatlarına baxmayaraq, sözünə əməl etmədiyinə dair xeyli faktlar da mövcuddur. Yəni hazırda delimitasiya ilə bağlı müsbət vədlər ictimai rəyi yoxlamaq üçün atılan addımlar da ola bilər. Bütün hallarda nəticəni gələcək göstərəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv