!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın oğlunun işi üzrə hakimə XƏBƏRDARLIQ EDİLDİ

!Reklam – Yazi

 

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun işi üzrə hakim xəbərdarlıq alıb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Ermənistanın Ali Məhkəmə Şurası ədliyyə naziri Qriqor Minasyanın Apellyasiya Cinayət Məhkəməsinin hakimi Qriqor Ovannisyanın intizam məsuliyyətinə cəlb edilməsi barədə vəsatətinə baxıb. Şura Apellyasiya Cinayət Məhkəməsinin hakimi Qriqor Ovanisyana xəbərdarlıq etməklə, onun təmin edilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, hakim Qriqor Ovannisyana qarşı intizam icraatının başlanmasına səbəb baş prokurorun göstərişi olub.
Ədliyyə Nazirliyinə müraciət edən prokuror bildirib ki, hakim Qriqor Ovannisyan baş nazir Nikol Paşinyanın oğlunu qaçırmaqda təqsirləndirilən Azquş Martirosyan (Qayane Akopyan kimi tanınır) barəsində Kassasiya Məhkəməsinin presedent qərarından kənara çıxıb.
Hakimə qadının həbsi ilə bağlı qərardan şikayət daxil olub. O, həbsi ev dustaqlığı ilə əvəz edib. Qərar çıxarılarkən iş məhkəməyə göndərilib və hakim həbs qətimkan tədbiri seçib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Kassasiya Məhkəməsinin presedent mövqeləri var. Ona görə, birinci instansiya məhkəməsi işə artıq baxmağa başlayıbsa, apellyasiya məhkəməsi həbsdə saxlanma barədə ibtidai istintaqda çıxarılmış qərarı ləğv edə bilməz.

Xuraman Etibarlı

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv