!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın planına daş qoyan RUSİYA: "Rəsmi Kreml təsirində olan insanları işə salır ki..." - RƏY

!Reklam – Yazi

“Rusiya bütün agenturasını, təsirində olan insanları işə salır ki, barış prosesini pozsun”.

Bu sözləri Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ehtimalı və buna mane olan qüvvələr barədə danışan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya sülhün əldə edilməməsi üçün bütün rıçakları işə salıb:

“Azərbaycan və Ermənistan Rusiyanın tərkibində 200 il olublar. Bunun son 70 ili SSRİ-yə düşür. SSRİ-nin təhlükəsizlik orqanları bütün ittifaq ölkələrinin orqanlarına sirayət etmişdi. Partiya, elm, təhsil, ordu, sənaye, hər yerdə KQB-nin agentləri var idi. SSRİ dağılandan sonra KQB hüceyrələri, agentləri birdən-birə yox olmadılar. Onlar hamısı olduğu kimi qalır və Rusiyaya xidmət edirlər. Rusiya Qafqazlardan yavaş-yavaş getdiyini gördüyü üçün çalışır ki, nüfuzunu saxlasın, qalsın. Görəndə ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlayıb barışmağa başlayacaqlar , Qərbin nüfuzu bu prosesdə artır, çalışır KQB agentləri vastəsi ilə bu prosesi pozsun.

Əsgərin döyülməsinin çəkilməsi, internetə qoyulması, bayrağın yandırılması Rusiyanın təsirinin nəticəsidir. Rusiya bütün agenturasını, təsirində olan insanları işə salır ki, barış prosesini pozsun.

Əminəm ki, Paşinyan Rusiyadan canını qurtarmaq istəyir. Qərbdə pul, şərait, imkan var. Ancaq onu qoymurlar. Ermənistan daxilində qüvvələr var ki, birbaşa Rusiyaya işləyir. Bu orduda da, təhlükəsizlikdə də, elmdə də, məhkəmədə də var. Azərbaycanda da eynidir. Bütün qurumlarda – jurnalistikada da Rusiyanın adamları var. Bəziləri bilavasitə, bəziləri isə səfehlikdən Rusiyaya işləyir. Ona görə də bunları qazıyıb, arıtdayıb, təmizləmək lazımdır.

Heç nəyə baxmadan strateji məqsəd Ermənistanla barışmaqdır, sülh müqaviləsinin imzalanmasıdır. Bunlar həll olandan sonra xalqlar da yavaş-yavaş barışmağa başlayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv