!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın Qarabağdakı qondarma rejimə təbriki: "Bu, Azərbaycana müharibə elan etməkdir"

!Reklam – Yazi

“Paşinyan 2 sentyabr Qarabağdakı qondarma rejimin “yaranma günü”nü təbrik etdi. Bu, Azərbaycana müharibə elan etmək kimi bir şey idi”.

Bu fikri hərbi əməliyyatların Qarabağ, yoxsa şərti sərhəddə olma ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistan Azərbaycanın fikrini sərhədə çəksə də, əməliyyatların daxildə olma ehtimalı daha yüksəkdir:

“Atəşkəs daha çox Naxçıvan və Kəlbəcər istiqamətində pozulur. Zəngilan və Kəlbəcər istiqamətində ermənilər böyük qüvvə toplayıb. Bu, Azərbaycan üçün təhlükədir. Qarabağ istiqamətində atəşkəsin pozulma halı müşahidə olunmur.

Hazırlıqlar göz qarşısındadır. Qarabağda 10 minə yaxın silahlı – Ermənistan ordusunun çıxarılmamış hissəsi var. Bu təbii ki, Azərbaycana təhdiddir.

Ermənistan baş naziri Nikol Paşinyan 2 sentyabr Qarabağdakı qondarma rejimin “yaranma günü”nü təbrik etdi. Bu, Azərbaycana müharibə elan etmək kimi bir şey idi. Buna Azərbaycan dözə bilməz. Azərbaycan Ordusu hər bir təxribata hazırdır.

Əməliyyatlar hər istiqamətdə ola bilər. Ancaq əsas istiqamət Zəngilan və Kəlbəcər olacaq. Çünki Ermənistan tərəfi həmin istiqamətə ordu və silah yığıb və yığmaqda da davam edir.

Bu gün Rusiya Prezidenti Vladimer Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq. Hesab edirəm ki, bu görüşdə regionumuzda baş verənlərə toxunulacaq.

Azərbaycan tərəfi ermənilərin “kapriz”ləri ilə çox oynamayacaq. Ermənistan Hindistandan xeyli sayda silahlar, dronlar əldə edib. Bunlar Azərbaycan dövlətinə təhlükə deyil, ancaq şəxsi heyətimizin itkisinə yol aça bilər”.

Səxavət Məmməd

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv