!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın QORXULARI: Ermənistanın baş naziri Blinkendən nə istədi?

!Reklam – Yazi

“Yəqin ki, Paşinyan da Blinkenlə telefon danışığı zamanı Ermənistanın sülh müqaviləsini imzalayacağı təqdirdə ölkəsinin və özünün təhlükəsizliyi ilə bağlı təminat almağa çalışıb”.

Bunu ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığının Ermənistan-Azərbaycan arasında davam edən sülh danışıqlarına təsirindən danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün danışıqlar prosesini ləngitməkdə maraqlı olan qüvvələr mövcudddur: “Burada Amerikanın mövqeyi fərqlidir. Atdığı addımlardan, verdiyi bəyanatlardan Amerikanın İran və Rusiyadan fərqli mövqe sərgilədiyi məlum olur.

ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı baş tutub. Danışıq zamanı Ermənistan-Azərbaycan münasibətlərinin və sülh müqaviləsinin müzakirə edilməsi ABŞ-nin birbaşa olaraq Cənubi Qafqaz maraqlarını açıq şəkildə əks etdirir. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının ABŞ-nin maraqlarına tam uyğun olduğunu demək mümkündür. Çünki Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşir və zəngin karbo-hidrogen yataqlarına malikdir.

Bir sözlə sülhün təmin olunmasına vasitəçilik edən tərəf həm də bölgədə ciddi nüfuz qazanmış olacaq. Bu amillər nəzərə alınaraq danışıqlar prosesinin uzun müddət çəkəcəyini demək olar. Sonda uğur əldə etmək olar. Lakin müqavilə imzalanandan sonra sülh istəyən qüvvələr tərəfindən bölgədə sülhün təmin ediləcəyi ilə bağlı qarantiya verilməlidir. Yəqin ki, Paşinyan da Blinkenlə telefon danışığı zamanı Ermənistanın sülh müqaviləsini imzalayacağı təqdirdə ölkəsinin və özünün təhlükəsizliyi ilə bağlı təminat almağa çalışıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv