!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın Rusiyaya qarşı atdığı addımların PƏRDƏARXASI: “Ermənistanın gətirdiyi müşahidəçilər, əslində...” - ŞƏRH

!Reklam – Yazi

“Paşinyan operativ şəkildə Qərbin dəstəyini alaraq Rusiyaya qarşı addımlar atmağa başlayıb”.

Bunu Ermənistanın bölgəyə Qərb müşahidəçiləri gətirməsinin pərdəarxasında duran sirlərindən danışan politoloq Əziz Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya tərəfindən iki vacib tezis irəli sürülüb:

“Birincisi Ermənistanın ikinci Ukraynanı xatırlada bilməsi.

Ukrayna xəbərdarlığı edilməsi odur ki, Rusiya ciddi şəkildə hərbi ritorikanı gündəmə gətirməyə çalışır.

Ukraynada müxtəlif qüvvələrin üz-üzə müharibədə olduğuna nəzər salaq. Qafqazda müharibə olması Rusiyaya qarşı Ukraynada döyüşən qüvvələr üçün cazibədar ola bilər.

Çünki iki müharibə meydanının əmələ gəlməsi Rusiya qüvvələrinin parçalanması deməkdir.

İkincisi Ermənistanın müstəqilliyinin itirilməsi gündəmi…

Ermənistanın müstəqilliyinin itirilməsi üçün suveren haqlarını, hakimiyyətin qərarvermə mexanizmlərini əlindən almaq lazımdır.

Bəs bunları hansı formada reallaşdırmaq mümkündür?

Rusiya Paşinyanı ölkəsinin maraqlarının pozulmasında, işğalçı Qrəb güclərinin Ermənistana gətirilməsində ittiham edir. Birinci hədəf Paşinyan administrasiyasıdır. Lakin Paşinyan operativ şəkildə Qərbin dəstəyini alaraq Rusiyaya qarşı ataklar etməyə başlayıb. Ən sonuncu isə Qərb ölkələrindən ibarət jandarmların bölgəyə gətirilməsidir.

Ortaya bir sual çıxır, jandarmlar həqiqətən Azərbaycana görəmi gətirilir? Xeyr.

Arqument Azərbaycanla bağlıdır. Azərbaycan-Ermənistan sərhəddinin uzunluğu 1007 km-dir. Sərhəd bölgələrinin dağ-dərə olduğunu nəzərə alarsaq nəzarətin çətin olduğunu müşahidə edərik.

Məsələnin pərdəarxasında başqa sirlər var.

Əsas məsələ Ermənistanla Azərbaycan arasında tanınmış sərhədin mövcud olmamasıdır.

Buradan belə nəticə çıxara bilərik ki, Paşinyanın istəyi Ermənistanda Qərbin varlığının inşa olunmasıdır.

Bu ilk öncə mülki və humanitar missiya adı ilə gerçəkləşdirilir. Həmin dəstənin kimliyinə baxdıqda böyük əksəriyyətinin keçmiş kəşfiyyatçı və hərbiçi olduğunu görürük. Ona görə də Rusiya Ermənistanı arxadan iş görməkdə günahlandırdı və Ermənistanın müstəqilliyinin itirilməsi ilə bağlı bəyanat verdi. Yəni konkret olaraq söhbət işğaldan gedir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv