!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın son açıqlaması: "Bakı ilə Moskva arasında münasibətləri pisləşdirmək üçün..."

!Reklam – Yazi

“Kommunikasiya xətləri üzərində rus kontingentinin nəzarətinin olması kontekstində Bakı ilə Moskva arasında münasibətləri pisləşdirmək üçün çox ciddi işlər görürlər”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurumasının 10 noyabr bəyanatının tələblərini pozduğu yönündəki iddialarına münasibət bildirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, Paşinyanın beynəlxalq hüququn fundamental prinsiplərini unutduğunu bildirib:

“Azərbaycan beynəlxalq normalara arxalanan hüquqlarını təmin etdi. Öz ərazimizdə nəzarət-buraxılış məntəqəmizi qurmuşuq. Bu, beynəlxalq hüququn heç bir qaydasına zidd deyil. Azərbaycan bunu çoxdan etməli idi. Çünki ərazimizə canlı qüvvə, hərbi texnika keçirilirdi. Ermənilərin bu fəaliyyəti nəticəsində nəinki hərbçilərimiz, hətta mülki əhalimiz belə zərər görüb. Azərbaycan təhlükəsizlik baxımından bu addımı atmağa məcbur oldu.

Ermənistan hazırda Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Kommunikasiya xətləri üzərində rus kontingentinin nəzarətinin olması kontekstində Bakı ilə Moskva arasında münasibətləri pisləşdirmək üçün çox ciddi işlər görürlər. Azərbaycan hər zaman sülh tərəfdaşı olaraq bu yolda müsbət addımlar atmağa çalışır. Erməni icmasının Azərbaycana inteqrasiyası, humanitar, infrastruktur məsələlərinin həll olunmasında Laçın nəzarət-buraxılış məntəqəsinin böyük rolu olacaq. Bu addıma qarşı çıxmaq regional təhlükəsizliyə zidd hərəkətdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv