!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın sonu görünməyən 4 kənd BLEFİ: “Onlar Azərbaycan ordusunu sərhədlərində gördükdə...”

!Reklam – Yazi

“Azərbaycan cəmiyyətində belə bir rəy formalaşıb ki, Paşinyan məsələnin tezliklə həll olunmasını istəyir”.

Bu fikirləri Ermənistanın işğalı altında olan Qazaxın 4 kəndinin azad edilməsinə yönəlik vəziyyəti dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri bildirib ki, Paşinyan yenə də vaxtı uzatmaq üçün müxtəlif siyasi gedişlər edir:

“Aydın görünür ki, Ermənistan xeyli dərəcədə çəkinir. Əvvəl bu məsələni özünə yaxın buraxmırdı. İndi hətta Paşinyanın özü gedib kəndlərdə görüşlər keçirir, kəndlərin qaytarılmasının vacib olduğunu bildirir. Ermənistan rəsmiləri də bu yöndə açıqlamalar verirlər.

Azərbaycan cəmiyyətində belə bir rəy formalaşıb ki, Paşinyan məsələnin tezliklə həll olunmasını istəyir. Ancaq reallıq budur ki, məsələ hələ də öz həllini tapmır. Buradakı incə məqam ondan ibarətdir ki, Azərbaycan davamlı olaraq bu məsələnin üstünə gedir. Son vaxtlara qədər rəsmilər də, siyasi cameədəkilər də o kəndlərə anklav deyirdi. İndi ritorika dəyişib. Biz vaxtında belə deyirdik.

Paşinyan hiyləgərcəsinə oyun oynayır. Bir tərəfdən Azərbaycan tərəfə mesaj verir ki, çalışır, problemi həll etmək istəyir. Ancaq digər tərəfdən də Ermənistan cəmiyyətini sakitləşdirir, dünyaya da göstərir ki, guya o kəndləri qaytarmaq istəyir, ancaq xalq razı deyil. Paşinyan o zaman danışıqlar yolu ilə kəndləri qaytaracaq ki, görəcək, Azərbaycan ordusu artıq sərhəddədir, konkret hazırlıq görür”.

Səxavət Məmməd

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv