!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın sülh çağırışından sonra atılan əks addım: “Bu amil sülh prosesinə mənfi təsir göstərir” - RƏY

!Reklam – Yazi

“Ermənistanda Azərbaycana nifrətlə böyüyən gənclik sülh prosesinə mənfi təsir göstərən amillərdən biridir”.

Bunu Ermənistan-Azərbaycan arasında sülh prosesinin ləngiməsi faktlarından danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə sülh çağırışlarından sonra hər zamankı kimi pozuculuq faktları müşahidə etdik:

“11 aprel erməni hərbçilərinin səngər qazmasına Azərbaycan əsgərinin mane olması qarşıdurma ilə nəticələndi. Bu təxribatın arxasında Ermənistanla birgə havadarları dayanır.

Dumanlı şəraitdə yolunu azan əsgərimiz ermənilərin əsiri olub. Cenevrə konvensiyasının tələblərinə uyğun olaraq əsirlərə qarşı humanist mövqe sərgiləmək lazımdır. Əsgərimizə qarşı Cenevrə konvensiyasının tələblərinə zidd olan işgəncələr edilir.

Ermənistanda uzun illərdir yetişən gənclərə Azərbaycan düşmən olaraq tanıdılıb. Hazırda isə Azərbaycana nifrətlə böyüyən gənclik sülh prosesinə mənfi təsir göstərən amillərdən biridir.
Biz bir daha Paşinyanın sülh çağırışlarının iflasa uğradığını müşahidə etdik. Sülhün möhkəmlənməsini istəyənlər Vaşinqtonda İlham Əliyev və Paşinyan arasında görüş təşkil etmək niyyətindədirlər. Bu görüş bölgədə sülh və əmin-amanlığın sabitliyinə xidmət etməlidir. Əks təqdirdə, eskalasiya yüksələ, məsələnin hərb yolu ilə həll olunması gündəmə gələ bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

32333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv