!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın sülh prosesində çəkdiyi ZİQZAQ: "Prosesləri uzatmalarının başlıca səbəbi..."

!Reklam – Yazi

“Paşinyanın açıqlamaları ilə bağlı revanşistlərin fəallaşması heç bir şeyi dəyişə bilməz”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla delimitasiya və demarkasiya məsələsinin həlli istiqamətində müsbət mesajlarına revanşist qüvvələrin reaksiyasından danışan politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın  müsbət mesajlar verməsinə baxmayaraq, sülh müqaviləsi ilə bağlı razılıq prosesini uzadan da məhz odur:

“Yəni delimitasiya və demarkasiya məsələsinin həllini istəyir, ancaq prosesdə 1975-ci ilin xəritələrindən istifadə olunmasında təkid edir. Prezident İlham Əliyev isə 1975-ci ilə qədər Azərbaycan ərazilərinin bölüşdürüldüyünü və haqlı etiraz edərək digər illərdəki xəritələrin nəzərə alınmalı olduğunu diqqətə çatdırır.

Hətta daha da keçmişə gedərək Azərbaycanın SSRİ-ə daxil olduğu dövrün xəritələrindən istifadə edilməlidir. Bu amillər göz önünə gətirildikdə isə Paşinyanın qeyri-konstruktiv mövqeyi təbii haldır.
İşğal altındakı 8 kənd qeyd-şərtsiz qaytarılmalıdır. Burada mübahisəli hər hansı məsələ yoxdur, hər şey açıq-aydın ortadadır. Düzdür, mühüm magistralların üzərində yerləşməsi baxımından həmin kəndlərin verilməsi Ermənistan üçün son dərəcə problemli məsələdir. Prosesləri uzatmalarının başlıca səbəbi də məhz budur.

Qeyd etmək lazımdır ki, Paşinyanın açıqlamaları ilə bağlı revanşistlərin fəallaşması heç bir şeyi dəyişə bilməz. Baş nazir bu məsələdə qəti mövqedə dayanmalı və konstruktiv addımlar atmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv