!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın tərəfdaşlarına bomba xəbərindən əvvəl MESAJ GƏLDİ: “Hələ partlamamısınız?”

!Reklam – Yazi

İrəvanda “Vətəndaş müqaviləsi” partiyasının ofisi yaxınlığında bomba xəbəri yayılmazdan əvvəl Paşinyanın tərəfdaşları hədələyici SMS alıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Paşinyanın tərəfdaşlarına bomba xəbərindən əvvəl hədələyici mesaj göndərilib.

Nəşr yazır ki, onlar deputatlar Qurgen Arsenyana və Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyana “Hələ partlamamısınız..?” yazısı göndəriliblər.

Arsenyan mesajı silib, Petrosyan isə onu MTN-ə göndərib.

Qeyd edək ki, iki həftə əvvəl hakim partiyanın digər deputatı Qaqik Melkonyanla da insident baş verib.

“Qaqik Melkonyanın evinin hasarının yaxınlığında bomba qoyulub. Çox güclü olmasa da partlayış baş verib, maddi ziyana səbəb olub”, – qəzet qeyd edib.

Xatırladaq ki, İrəvanda 2 gün öncə “Vətəndaş müqaviləsi” partiyasının ofisinin yaxınlığında bomba qoyulması barədə məlumat yayılıb. DİN məlumatı təsdiqləyib.

Xuraman Etibarlı

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv