!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın tutduğu Rusiyadan uzaqlaşma yolu: Ermənistanı da Gürcüstanın taleyi gözləyir?

!Reklam – Yazi

“Ermənistan demokatiya yolunda gedərkən Rusiya dinc durmayacaq”.

Bunu Ermənistanın qərbyönümlü siyasətinə Rusiyanın reaksiyasını dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Ermənistan demokratiya yolunu seçib:

“Rusiyanın və qonşumuz İranın qorxduğu ən ciddi siyasi proses qonuların demokratikləşməsi, xalqların iradəsinin hakim olmasıdır. Ermənistanla aramızda konflikt, düşmənçilik var, sülh sazişi imzalanmayıb, ancaq demokratikləşmə yolunda addımlar atır.

Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistan əlindən çıxır. Dinc dünyanın Cənubi Qafqazda oturuşmasını görürük. Gürcüstanın özü zamanında eyni halı yaşayıb. Demokratiya uğrunda mübarizə apardı, bu, ərazi itirməklə nəticələndi. Demokratiyanı Gürcüstana gətirən insan hazırda zindandadır, siyasi məhbusdur. İndiki zamanda Ermənistanla Rusiya arasındakı problem Ermənistanın demokratiya istiqamətində atdığı addımlarla bağlıdır. Ermənistanda demokratiyanın oturması onun dünyanın demokatik dövlətləri ilə əməkdaşlıq etməsindən keçir.

Gələcəkdə Azərbaycanın da bütün hallarda Qarabağ probleminin həll olmasından sonrakı dönəmdə keçəcəyi yol Məmmədəmin Rəsulzadələrin, Əli bəy Hüseynzadənin, Əhmət bəy Ağaoğlunun, Əbülfəz Elçibəyin və müəyyən mənda indiki zamanda İlham Əliyevin getmək istədiyi yoldur. Bizim inkişafın, sosial rifahın, qanunun aliliyinin təməli buradadır.

Ermənistanın demokatiya yolunda gedərkən Rusiya dinc durmayacaq. Hərbi bazası var, casus şəbəkəsi var, siyasi sözçüləri var. Hər şey ola bilər, Paşinyan devrilə də bilər, vurula da bilər. Çünki Ermənistandakı dayanaqlı demokatiya deyil”.

Səxavət Məmməd

www.yenicag.az

3965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv