!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyanın yalanları erməniləri zombiləşdirir, mifologiya ilə yaşayırlar” - ŞƏRH

!Reklam – Yazi

“Daxili auditoriyada reallıqlar gizlədilərək sanki “bu gün müvəqqətidir, sabah hər şey dəyişə bilər, yenidən həmin ərazilərə qayıda bilərik” kimi mesajlar verilir”.

Bunu erməni mediasında dərc olunan “ABŞ nümayəndəsi Azərbaycanla Ermənistan arasında sülhdən danışmaq üçün işğal altında olan Şuşaya gəlib” başlıqlı xəbərə münasibətini bildirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, “Vətən müharibəsi”nin gedişində və sonrakı dövrlərdə erməni mediası məsələni dünya ictimaiyyətinə sanki Azərbaycan öz ərazilərini işğal edirmiş kimi təqdim etməyə çalışır:

“Erməni mediası hər zaman insanları çaşdırmağa xidmət edib. Qarabağda gedən proseslərlə bağlı ictimaiyyətdə Azərbaycanın əleyhinə rəy yaratmağa çalışıblar. Bu təbliğat hələ də davam edir.

Qarabağda bərpa-quruculuq işləri, insanların dədə-baba yurduna qayıtdığı bir zamanda erməni mediasının Azərbaycan toponimlərini təhrif etdiyini müşahidə edirik. Azərbaycan sanki işğal olunmuş ərazilərdə abadlıq işlərir aparır. Bu tamamilə qəbulolunmazdır və Ermənistanın qeyri-səmimi mövqeyinin nümayişidir.

Ermənistanda medianı baş nazir Nikol Paşinyan administrasiyası idarə edir. Burada mərkəzçilik əsas rol oynayır. Mediada yanlış məlumatların dərc olunması revanşizm əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxarır.

Daxili auditoriyada reallıqlar gizlədilərək “bu gün müvəqqətidir, sabah hər şey dəyişə bilər, yenidən həmin ərazilərə qayıda bilərik” kimi mesajlar verilir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul edib. Qarabağ da daxil olmaqla Azərbaycanın 86.6 min kv/km-lik ərazisini tanıyır.

Beynəlxalq auditoriyalarda bunu müsbət irəliləyiş kimi səsləndirən Paşinyan daxili auditoriyada tamamilə başqa fikir formalaşdırır. Bu ikiüzlülük sülh proseslərinə mənfi təsir göstərir. Nəticə etibarilə erməni əhali zombiləşir, mifologiya ilə yaşayır, Azərbaycanın uğurlarının müvəqqəti xarakter daşıdığını düşünür. Bu da inteqrasiya prosesinə zərbə vurur və düşmənçiliyin daha güclənməsinə xidmət edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv