!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın yeni torpaq xülyası: "Erməni tərəfi ancaq hərb dilindən anlayır..." - ŞƏRH

!Reklam – Yazi

“10 noyabr bəyanatının müddəaları dinc yolla yox, güc yolu ilə yerinə yetiriləcək”.

Bu sözləri Ermənistanın öz iddialarından geri çəkilməməsi və Azərbaycan tərəfinin atacağı addımları şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, erməni tərəfi ancaq hərb dilindən anlayır:

“Qarabağda gərginlik həmişə olub və bu davam edəcək. Bir ölkə ki, konstitusiyasında da, əməldə də qonşu dövlətlərin torpaqlarına iddia edir, belə olan halda necə gərginlik olmasın? Ermənistanın Azərbaycana da, Türkiyəyə də ərazi iddiaları var. Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirlər, ancaq konstitusiyalarını dəyişmirlər. Azərbaycanın nəinki torpaqlarına, musiqisindən tutmuş mətbəxinə qədər iddiaları var. Bu xalq belədir. Onlarla başqa cür danışmaq mümkün deyil. Sülh müqaviləsi bağlansa da, sərhədlərin delimitasiyası və demarkasiyası həll edilsə də, onlar yenə öz bildiklərindən əl çəkməyəcək. Ermənilər istər Çar, istərsə də Sovet Rusiyasının vasitəsi ilə dövlət yaradıblar. Onlar bu dövlətin ikincisini də yaratmaq, torpaqlarını daha da genişləndirmək istəyirlər. Onlar elə bilirdi ki, bölgədə ən zəif xalq bizik. 44 günlük müharibədə bunun belə olmadığını başa düşdülər.

10 noyabr bəyanatının müddəaları yerinə yetirilməlidir. Görünən odur ki, bu da dinc yolla yox, güc yolu ilə baş verəcək. Azərbaycan torpaqları tapdaq altındadır. O torpaqlar azad edilməlidir. Ermənilər 7 kəndi qaytarmaq yerinə, hələ müstəqillikdən dəm vururlar. Ona görə də bunun bir cəzası olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv