!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın “Zəngəzur dəhlizi” REVERANSI: “Ölkəsinin maraqlarını düzgün qiymətləndirsəydi...”

!Reklam – Yazi

“Ermənistan faktiki olaraq, nəinki regionun, hətta dünyanın diqqət mərkəzində olan növbəti kommunikasiya layihəsindən də kənarda qalır”.

Bu fikirləri son günlər Ermənistan mediasında yer alan ölkənin baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşdığına dair iddiaları şərh edən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi məlum 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb:

“Paşinyan nə qədər təkzib etməyə çalışsa da, bu fakt ortadadır və həmin bəyanatda təsbit olunur. Lakin 3 ildir ki, Paşinyan bunu təxribat predmetinə çevirərək, siyasi bazarlıq etməyə çalışır. Zəngəzur dəhlizi təkcə Azərbaycanın yox, həm də Ermənistanın maraqlarına cavab verən layihədir.

O dəhlizin açılması regiona və dünyaya inteqrasiya baxımından, Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Ancaq Paşinyanın reallığı və perspektivi düzgün qiymətləndirməyə siyasi iradəsi çatmır. Çünki qorxaq siyasətçidir. Ona görə də dövlətinin maraqlarını obyektiv dəyərləndirə bilmir.

Azərbaycan artıq Ermənistanın iştirakı olmadan Araz çayının İran tərəfi ilə Zəngəzur dəhlizinin tikintisinə dair Tehranla razılığa gəlib. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi işləyəcək, Naxçıvanla nəqliyyat əlaqəmiz qurulacaq. Bununla da istər dəmir yolu, istərsə də quru yolu ilə Türkiyəyə çıxışımız təmin olunacaq.

Paşinyan hesab edirdi ki, bizim alternativimiz yoxdur. Ona görə də çox hay-küy salırdı. İndi isə vəziyət dəyişib. Bu yol həm də Türkiyə, Rusiya, İran üçün faydalı olacaq. Regional və beynəlxalq yükdaşımalar artacaq. Yəni bu dəhliz regionun əsas nəqliyyat qovşağına çevriləcək.

Ermənistan faktiki olaraq, nəinki regionun, hətta dünyanın diqqət mərkəzində olan növbəti kommunikasiya layihəsindən də kənarda qalır. Çünki bu dəhlizin açılmasında Mərkəzi Asiya ölkələri və Çinin də marağı var. İndi Paşinyan əl-ayağa düşüb, kosmetik yanaşmalar, yeni ad təklifi ilə bu prosesdə iştirak etmək niyyətini açıqlayır.

Bu özü də siyasi “şoumen”likdir. Həmin fikirləri Ermənistanın gerçəkliyi dərk etməsi kimi qiymətləndirmək çətindir. Təklif də, ideya da Azərbaycanındır. Paşinyanın çıxış yolu Azərbaycanla razılaşmaq və sülh prosesinə mane olmamaqdır. O cümlədən, Zəngəzur dəhlizi ilə bağlı məsələ də o platformada olmalıdır.

Ermənistandan keçəcək Zəngəzur dəhlizi ideyası bu formada reallaşmalıdır. Lakin Paşinyanın mövqeyi yaranmış vəziyyətə adekvat deyil. Ona görə də indi dediklərini bir müddətdən sonra təkzib edəcəyini gözləmək mümkündür. Çünki adam müstəqil siyasət aparmır. 3 ildir ki, sülh deyir, amma sülh sazişi imzalamaq məsələsi konkretləşəndə, hansısa bəhanə ilə bundan yayınır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv