!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanla bağlı yeni İDDİA: Ermənistanın baş naziri bu ifadəni işlətməyəcək? – AÇIQLAMA

!Reklam – Yazi

“Ermənistanın baş naziri Nikol Paşinyan qondarma erməni “soyqırımı” ilə bağlı çıxışında qeyd etmişdi ki, qondarma “soyqırımı” iddiaları varsa, o zaman həmin o iddialarla bağlı öldürülən insanların siyahısı təqdim olunmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 24-də qondarma erməni “soyqırımı” ilə bağlı edəcəyi çıxışda “soyqırımı” ifadəsinin işlətməyəcəyi ilə bağlı erməni mətbuatının ortaya atdığı iddialara münasibət bildirib.
E.Mirzəbəyli düşünür ki, mahiyyətcə, bu, hüquqi yanaşmadır, çünki kimlərin harada və necə həlak olmasından uyğun olaraq, istənilən məsələyə hüquqi qiymət vermək mümkündür.

“İndiyə qədər qondarma soyqırımı ilə bağlı ayrı-ayrı parlamentlərdə qəbul olunan qərarların hamısı siyasi qərarlardır. Bunların heç bir hüquqi əhəmiyyət daşımır, çünki əsasında faktoloji məlumatlar, eyni zamanda müvafiq araşdırma komissiyalarının rəyləri dayanmır”, – deyə o bildirib.

Partiya funksioneri əlavə edib ki, bu, yalnız ayrı-ayrı şəxslərin, eləcə də erməni lobbisi və diasporunun şəxsi fantaziyalarına uyğun şəkildə həyata keçirilir:

“Eyni zamanda, həmin dövlətlərin Türkiyəyə təzyiq məqsədilə niyyətlərindən doğan qərar olub. Əslində, bu günə qədər məhkəmə qərarı və digər faktlar yoxdursa, bu məsələ haqqında “soyqırımı” ifadəsinin işlədilməsi, əslində, Ermənistanın özü üçün ciddi problem yaradır. Çünki region dövlətləri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına mane yaradan bir faktordur.

Paşinyanın 24 apreldə nə deyəcəyini bilmirəm, amma bununla bağlı müxtəlif məlumatların içərisində bəzi məqamlar yer almaqdadır. Əgər Paşinyan “soyqırımı” ifadəsini işlətməyəcəksə, hüquqi baxımdan çox doğru və Ermənistanın mənafeyinə xidmət edən bir addım atacaq. Lakin məsləhət budur ki, nəticəni gözləsək, yaxşı olar”.

Rafi Müslümov

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv